22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 10.04.2021 392

Binəqədi rayonunda təmizlik işləri aparılır
Ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da intensiv və təxirəsalınmaz işlərə İcra Hakimiyyəti Başçısının Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri, Bələdiyyələr, məktəbəqədər təhsil müəssisələri, rayon ərazisində fəaliyyət göstərən özəl müəssiələr və iaşə obyektləri həmçinin Mənzil-Kommunal Təsərrüfat birliyinin bütün canlı qüvvəsi cəlb edilmişdir. Abadlıq- təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır. Hərəkətə maneçilik törədən yol kənarında olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır. Həmçinin ərazidə olan bütün ağaclar suvarılır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilir. Bundan əlavə iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanır, gövdəsi ağardılır, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilir. Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə səkilər, işıq dirəkləri yuyulur, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılır, bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir. Bununla yanaşı dezinfeksiya işləri aparılır.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.





Operativ24.az 






Starxeber Bizi instagramda izləyin