22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 9.04.2021 483

Kaspersky “Cyber Spa” rəqəmsal istirahət məkanını təqdim edib

Kaspersky istifadəçilərin stres və narahatlıqla mübarizə məqsədi ilə onlayn müalicələrdən keçə biləcəyi hərtərəfli virtual istirahət məkanı olan Cyber Spa-nı hazırlayıb və təqdim edib. İnternetin iş və ünsiyyət üçün fəal şəkildə istifadə edildiyi bu günlərdə insanların özləri ilə harmoniya tapmasına, mənəvi və intellektual resurslarını bərpa etməsinə kömək edəcək texnologiyalara ehtiyac var.

Cyber Spa veb saytında istifadəçilərə bir neçə prosedur təklif olunur: “Sonsuz sakitlik” (vizual-eşitmə meditasiyaları kompleksi), “Texnosəs terapiyası” (gələcəyin səsləri ilə audio istirahət), “Fitness selfi” (üz məşqləri kompleksi) və "Rəqəmsal stress topu" (çoxsəviyyəli toxunma meditasiyası). Cyber Spa ziyarətçiləri ana səhifəyə daxil olaraq ehtiyac duyduqları proseduru seçə və ya gərginlik səviyyələrini öyrənmək üçün diaqnostikadan keçə bilərlər. İkinci halda, sistem hər kəsin özünə uyğun ardıcıllıqla bir sıra məşqlər təklif edir.

Kaspersky tərəfindən hazırlanmış bütün prosedurlar yoxlanılmış fərdi istirahət metodlarına əsaslanır və təsirləri prosedurdan təkrar keçməklə gücləndirilə bilər. Bundan əlavə, texnosəs terapiyası üçün real həyatda eşidilməsi mümkün olmayan xüsusi səslər yaradılıb. Bu, xüsusən Yupiterdən gələn texno səs, qara dəliyin sonsuzluğunun səsi və dostcanlı bir kiborgun pıçıltısıdır.


Hərtərəfli istirahət üçün rəqəmsal məkan – Cyber Spa

Cyber Spa üçün illüstrasiyaları rəqəmsal rəssam Varya Şuka yaradıb. O, gerçəkliyin yeni texnologiyaların təsiri altında necə dəyişdiyini əks etdirir və virtual aləm ilə gerçək aləm arasında sərhədləri pozur.

“Keçən il hamı üçün asan olmadı. Pandemiya və kütləvi şəkildə uzaqdan işə keçid təkcə iş proseslərini deyil, həm də dünyadakı şirkətlərin işçilərinin psixoloji vəziyyətinə təsir etdi. Yeni şərtlərə tez uyğunlaşmaq və effektiv qalmaq üçün çoxlu fiziki və zehni gücə ehtiyac var. Tükənmişlik və artan narahatlıq kimi problemlərin ortaya çıxması olduqca təbiidir. Kaspersky olaraq texnologiyanın insanların həyatını daha yaxşı hala gətirə biləcəyinə inanırıq. İstifadəçilərin stresin öhdəsindən gəlməsinə və rahatlıq tapmasına kömək edəcək yeni rəqəmsal vasitələrə ehtiyac var. Bu səbəbdən də hərtərəfli istirahət üçün bənzərsiz bir virtual məkan - Cyber Spa-nı yaratdıq,” deyə Kaspersky-nin brend kommunikasiyaları qrupunun rəhbəri Kristina Brançuqova bildirib.

“Bütün insanlarda narahatlıq var, bu bizə təhlükəni qabaqcadan görməyə və ona vaxtında reaksiya verməyə imkan verir. Bu emosional təcrübə hərəkətə keçməyə, düzgün istiqamətdə irəliləməyə və inkişaf etməyə daha çox sövq edir. Bununla belə, həyəcan qəbul edilə biləcək səviyyəni aşa və onu yaşayan insana təsir edə bilər. İşdə belə bir vəziyyət işçinin öz üzərinə lazım olduğundan daha çox funksiya götürməsinə və tapşırıqları yerinə yetirməkdən imtina etməsinə gətirib çıxarır. Bu, əksər hallarda emosional tükənmə və ağır stresə səbəb olur, nəticədə insanın təkcə iş səmərəliliyi deyil, ümumiyyətlə həyat keyfiyyəti də pisləşir. Buna görə də özünü dinləmək, “burada və indi” vəziyyətinə qayıtmaq və artan narahatlıqla mübarizə aparmaq çox vacibdir. Həm ənənəvi psixoloji metodlar, həm də yeni texnologiyalar, məsələn, Kaspersky tərəfindən hazırlanmış Cyber Spa virtual məkanı özünüzlə harmoniya tapmağa və stresi aradan qaldırmağa kömək edə bilər,” məşqçi, təlimçi və biznes məsləhətçisi, tibb elmləri namizədi, “Ali İqtisadiyyat Məktəbi” Milli Araşdırma Universitetinin professoru, Qrup və Ailə Psixologiyası və Psixoterapiyası İnstitutunun direktoru Leonid Krol deyib.

Hərtərəfli istirahət üçün onlayn prosedurlardan Cyber Spa-nın saytında keçə bilərsiniz: https://cyberspa.kaspersky.com/ru


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin