Rəsmi İrəvanın 30 illik işğalçı siyasəti bütün regionun inkişafına maneə olub

Rəsmi İrəvanın 30 illik işğalçı siyasəti bütün regionun inkişafına maneə olub

Sosial 05-apr, 12:56 239

Rəsmi İrəvanın 30 illik işğalçı siyasəti bütün regionun inkişafına maneə olub


Azərbaycan xalqı tarix boyu sülhsevər, qəhrəman bir xalq kimi tanınmış, Azərbaycan dövləti isə qonşu dövlətlərlə dostluq, əmin – amanlıq şəraitində yaşamış, bu dövlətlərlə mehriban münasibət qurmuş, çətin zamanlarda isə bu dövlətlərdən öz köməyini, dəstəyini əsirgəməmişdir. Dövlətimizin heç kimin torpağında gözü olmamış, hər hansı bir ölkə ilə müharibə aparmaq niyyətinə düşməmiş, digər dövlətlərin müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmışdır.  

Ancaq mənfur qonşularımız olan erməni daşnak birləşmələri və onların havadarları iki yüz (200) ildən artıqdır ki, dövlətimizə qarşı torpaq iddiası irəli sürərək Azərbaycan türklərinə qarşı qətliamlar törədir, böyük fəlakətlərə imza atırlar. İyirminci əsr azərbaycanlıların kütləvi qırğınları, yerini – yurdunu tərk etmələri,  sürgünlük taleyi yaşamaları ilə tarixə düşmüşdür. 

1905-1907, 1914-1916, 1918-1920, 1948-1953 və 1988- ci ildən bəri baş vermiş fəlakətlər erməni vəhşiliyinin, erməni vandalizminin bariz nümunəsidir. 

Hələ XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən, ermənilərin zaman-zaman Şimali Azərbaycana köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı başlamışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus maddi- mədəniyyət nümunələrini məhv etmiş, onların izlərini silməyə çalışmış, buna nail olmadıqda isə həmin maddi – mənəvi abidələrin “qədim ermənilərə” aid olduğu haqqında saxta tarix yazaraq dünya ictimaiyyətini aldatmışlar. 

Kəlbəcər rayonu azad edildikdən sonra Azərbaycan ordusunun orada saxta erməni tarixi istehsal edən emalatxananın aşkara çıxarması erməni cinayətkarlarının hazırki dövrümüzdə də bu cür çirkin əməllərdən əl çəkmədiyini, tarixi saxtalaşdırmalarının sübutudur.   

1918- ci il mayın 28 -də keçmiş İrəvan xanlığının ərazisində ermənilər özlərinə dövlət qurmuş, 1923- cü il iyulun 7- də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni sürətdə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınmışdır.  

Qarabağın dağlıq hissəsində çoxluq təşkil edən ermənilər 1988- ci ilin əvvəllərində rəsmi Moskvanın bilavasitə təhriki ilə Vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-nin tərkibinə birləşdirmək istəyi, niyyəti ermənilərin separatçı -terrorçu çıxışlarına səbəb oldu, sonradan bu çıxışlar silahlı münaqişəyə çevrildi və nəhayət ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. 

1991-1994 -cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) işğal olunmuşdu. 20 min nəfərdən artıq azərbaycanlı bu hərbi toqquşmada həlak olmuş, 4866 nəfər itkin və ya əsir düşmüşdür.

Düşmən ələ keçirdiyi torpaqlarda Azərbaycan xalqının tarix və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünyada şöhrət qazanmış Qarabağ xalçaları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları götürülmüş, işğal olunmuş Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri: muzeylər, rəsm qalereyaları, tarixi əhəmiyyətli saraylar qarət  edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyəti olan muzey sərvətləri və eksponat erməni vandalizminin qurbanına çevrilmişdir. Yandırılmış kitabxanalarda 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
 Talan olunmuş və məhv edilmiş mədəni- tarixi abidlər təkcə Azərbaycanın yox, həm də  dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində ölkədə ağır hümanitar böhran vəziyyəti yaranmış, çoxsaylı sosial- iqtisadi obyektlər məhv edilmiş, beləliklə, ölkə iqtisadiyyatına ciddi ziyan vurulmuşdur. 

1993- cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifə dururdu. Heydər Əliyevin xalqa tarixi  müraciətindən sonra  qəlbində Vətən sevgisi olan respublikamızdan kənarda yaşayan və hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başladı, ordudan yayınmaların, cəbhədə geriləmələrin qarşısı alındı. Təcavüzkar Ermənistan rəhbərliyi isə 1994- cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur edildi. 

Tərəflər arasında atəşkəs imzalansa da, təmas xəttində toqquşmalar baş vermiş, sərhəd boyu kəndlər daim erməni ordusunun atəşinə məruz qalmış, bəzi ailələr məcbur olaraq yaşadıqları doğma yurd -yuvalarını tərk etmək məcburiyyətində qalmışlar. Hər dəfə də onlar ordumuz tərəfindən layiqli cavablarını alaraq geri çəkilmişlər. Ermənilər 30 il ərzində ölkəmizə qarşı bu cür haqsızlıqlar edərək və qeyri konstruktiv mövqe göstərərək münaqişənin sülh yolu ilə həll olunmasından, danışıqlardan imtina etmiş və bildirmişlər ki, işğal etdikləri torpaqların bir qarışı belə Azərbaycana qaytarılmayacaq. Beləliklə erməni vandalları bütün beynəlxalq qanun və normaları pozaraq Azərbaycanın işğal altında olan torpaqlarında misli bərabəri olmayan  cinayətlər, vəhşiliklər törətməyə davam etmişlər.   

Atəşdən sonra ilk irimiqsaylı toqquşma isə Aprel döyüşləri kimi tarixə düşmüş 4 günlük qarışdırma oldu. Bu qarşıdurmada əsgər və zabitlərimiz şəhid oldu. Yeni torpaqlar iddiasında olan mənfur düşmənlərimiz 2020-ci il 12 iyul tarixdən etibarən Ermənistan və Azərbaycan sərhəddinin Tovuz rayonu əraziləri boyunca hücuma keçdi. Düşmən həmləsinin qarşısını alarkən 7 hərbiçimiz, o cümlədən general mayor Polad Həşimov şəhid oldu. Erməni vandallarının sonuncu təxribatı ilə 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında baş verdi ki, bu da Azərbaycan Ordusunu cavab tədbirləri görməyə vadar etdi.   Artıq səbr kasası dolmuş Azərbaycan xalqı 30 illik bu münaqişənin hərbi yolla həllinin qaçılmaz olduğunu yaxşı bilirdi. 

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin 17 illik rəhbərliyi dövründə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artırdı. İlham Əliyevin diplomatik sahədə apardığı mübarizə, ətrafında xalqı və ordunu birləşdirməsi, bu mübarizədə qələbə qazanmağımıza öz töhfəsini verdi. Beləliklə, Azərbaycan bir dövlət olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə öz gücü ilə nail oldu. 

Ölkəmiz 44 günlük Vətən müharibəsi dövründə Ermənistan ordusunu darmadağın edərək onu kopitulyasiya aktına imza etməyə məcbur etdi. 

Ali Baş komandanın ətrafında yumruq kimi birləşən xalq, nəhayət ki, tarixi ədaləti bərpa etdi. Azərbaycan öz ərazi bütövlüyünə qovuşdu. Azərbaycan Ordusu bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirdi. Bu qələbə təkcə Azərbaycanın deyil bütün türk dünyasının qələbəsi idi. Ərazi bütövlüyümüzün bərpa edilməsində, Azərbaycanın bu haqq işində Türk dövlətinin önəmli rolunu qeyd etməmək mümkün deyil. Müharibədə qan tökmədən, itki vermədən qələbə qazanmaq mümkün deyil. Bununla yanaşı, haqq uğrunda savaşa qalxmış bir xalqa mənəvi dəstək göstərməyin xüsusi əhəmiyyəti vardır. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləsələr də, bu dəstəyin praktiki həyatda o qədər də əhəmiyyəti olmadı. 

Ancaq Türkiyə müharibənin ilk günündən Azərbaycana böyük dəstək verdi: 27 sentyabr - müharibə başlayan gündən Türkiyə açıq- aşkar Azərbaycana dəstək nümayiş etdirdi. Böyük əhəmiyyətə malik olan bu siyasi və mənəvi dəstəyi xalqımız hələ 1918-ci ildə 31 mart soyqırımı dövründə də türk qardaşlarımızdan, görmüşdük. II Qarabağ müharibəsində bu dəstək bizə imkan verdi ki, kənar qüvvələr məsələyə müdaxilə etməsin. Bu isə bir daha sübut etdi ki, mərhum prezidentimiz, Ümummilli lider Heydər Əliyev “Biz bir millət, iki dövlətik” ifadəsində, həmişə olduğu kimi, yanılmamışdır. 

Münaqişənin həlli regionun inkişafına təkan verəcək. Bu gün Zəngəzur dəhlizi üzərində aparılan iş böyük əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur Türk dünyasını birləşdirən bir bağ olacaqdır. 


Gültəkin Ədilova,

Binəqədi rayonu 306 saylı tam orta məktəbin direktoru   


                                           



Operativ24.az 
Oxşar xəbərlər
z