22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 1.04.2021 373

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik cərrahı Adil Cümşüdov Vətən müharibəsində yaralanan hərbiçilərimizə təmənnasız yardım edib.

Operativ24.az-ın məlumatına görə, plastik cərrah olan Cümşüdovun təşəbbüsü sayəsində hərbçilərimiz əməliyyat edilib.
Adil Cümşüdov deyir ki, Qarabağ müharibəsində yaralanan hərbçilərin sağlamlığına qovuşması üçün dövlət tərəfindən lazımı dəstək göstərildiyindən xəbərdardır. Amma o da bu yöndə yardımını əsirgəmək istəmir. Haqq savaşımızın gedişatını həyəcanla izlədiyini deyən həkim ordumuzun 30 illik erməni işğalına son qoyduğuna görə çox sevinclidir. Adil həkim bu dastanı yazanlara xidmət göstərməkdən qürur duyduğunu vurğulayır.
O, qarşısına belə bir məqsəd qoyub, əgər oğullar vətən yolunda yaralı və ya şəhid olursa, onlara və onların ailələrinə xidmət etmək də onun borcudur.
Bəli, yaralı qazilərimizdən bir neçə nəfəri artıq Adil Cümşüdovun qəbuluna gələrkən, tam pulsuz müayinə edib. Müayinənin nəticələri məlum olduqdan sonra əməliyyatların tarixi müəyyən edib. Odur ki, qazilərimiz özlərini Adil həkimin şəfqətli əllərinə tam etibar edə biliblər.  
Hər bir Azərbaycan vətəndaşının borcudur ki, Qazi və Şəhid ailələrinə hörmət etsin, onların qayğısına qalsın.

Nümunəvi addım sahibi Adil həkim kimi! 












Starxeber Bizi instagramda izləyin