22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Maqazin 1.04.2021 615

"RÄNG" leyblinin əməkdaşlıq etdiyi ilk ulduz, Əməkdar artist Sevda Ələkbərzadə şirkətlə üçüncü işini təqdim edib. 

Operativ24.az xəbər verir ki, bir müddət əvvəl “Hisslərim dumanda” adlı mahnısı ilə bütün dinləyicilərini  80-ci illərə qaytararaq, dünya trendini ölkəmizə gətirən sənətçi bu dəfə də eyni üslubda davam edib. "Sən yoluna" adlı yeni mahnının sözləri Orxan Zeynallı, musiqi isə İslam Şirvaniyə aiddir. Klipin rejissorluğunu Fərhad Əli edib. Klipdə Sevda Ələkbərzadə yenidən 80-ci illərin ab-havasını xatırladıb. Müəllif-ifaçı Murad Arif və repçi PRoMetenin rəhbərlik etdiyi “RÄNG”  musiqi leyblı, həmçinin ölkəmizə yeni adların məşhurlaşmasında iddialıdır. Belə ki, "RÄNG" Sevda Ələkbərzadənin klipiylə eyni gündə, TİMA adlı yeni İfaçının da ilk klipini təqdim edib. Musiqisi TİMA və Murad Arifə, sözləri isə repçi Orxan Zeynallıya məxsus olan nəğmə “Sarılaraq öp” adını daşıyır. Aranjimanı Emin Kərim (STKHA) tərəfindən edilmiş mahnının klipini Fərhad Əli çəkib. Ekran işində cəsarətli öpüş səhnələri də diqqətdən yayınmır.  Hər iki layihə artıq bütün rəqəmsal platformalarda və “YouTube”-da yayımlanıb. Xatırladaq ki, “RÄNG” leyblı bundan əvvəl gənc ifaçı Günay Bədəlovanın ifasında “Ya Qarabağ, Ya Ölüm” mahnısını, daha sonra isə Türkiyənin əfsanəvi rok qrupu "Manga" qrupunun solisti Ferman Akgül və Sevda Ələkbərzadənin “Ulu Vətən” mahnısını təqdim etmişdir.








Starxeber Bizi instagramda izləyin