17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Hadisə / İdman 30.03.2021 344

DÇ-2022: Millimiz bu gün Serbiya yığması ilə qarşılaşacaq DÇ-2022: Millimiz bu gün Serbiya yığması ilə qarşılaşacaq Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qonaq edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da start götürəcək. İndiyədək Azərbaycan və Serbiya yığmaları 5 dəfə qarşılaşıb. Bunlardan 4-ü rəsmi, 1-i isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan 1-də Azərbaycan, 3-də Serbiya qalib gəlibsə, daha 1 oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də rəqib komanda öndədir - 14:6. Yığmanın heyətində müdafiəçi Bəhlul Mustafazadə zədəlidir. "Sabah"ın futbolçusunun oynayıb-oynamayacağı sual altındadır. Serbiyalılar isə Bakıya 3 itki ilə gəlib. Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə, İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə cəza səbəbindən meydana çıxa bilməyəcək. Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2. Hazırda qonaqlar 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Xalı olmayan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb. DÇ-2022-nin seçmə mərhələsi III tur A qrupu 20:00. Azərbaycan - Serbiya Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Sagi Metzamber, David Fuksman (hamısı İsrail) Bakı Olimpiya Stadionu Operativ24.az






Starxeber Bizi instagramda izləyin