22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 17.03.2021 837

Martın 17-də Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclas “Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq nümunələri” mövzusuna həsr olunub.

"Operativ24.az"
xəbər veir ki, şuranın sədri, professor Şahlar Əsgərov bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında gənc nəslin tərbiyə olunması məsələsinə toxunması bu mövzunun müzakirəsini zəruri edib. O, iclasın fəxri qonağı, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı salamlayıb və belə nümunəvi övlad böyütdüyü üçün ona təşəkkür edib. 

Şahlar Əsgərov qeyd edib ki, gənc yaşda general rütbəsi almaq Polad Həşimovun xüsusi qabiliyyəti idi. Lakin bu qabiliyyəti zirvəyə qaldırmaq üçün tərbiyə vacib şərtdir. Səmayə ananın tərbiyə etdiyi Milli Qəhrəmanımız bütün dünyaya öz vətənpərvərliyi və tərbiyəsi ilə insanlıq nümunəsi göstərdi. 

Şahlar Əsərov Milli Qəhrəman, general-mayor Polad Həşimovanın anası Səmayə anaya belə nümunəvi övlad yetişdirdiyi üçün təşəkkür edib və ona İctimai Şura adından Fəxri Diplom təqdim edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev bildirib ki, Tovuz döyüşlərində Milli Qəhrəman Polad Həşimovun şəhid olması gənc nəsilin düşmənə qarşı qisas hissini daha da alovlandırdı. 44 günlük müharibə və qazanılan şanlı qələbə Azərbaycan Ordusunun gücünü dünyaya sübut etdi. Azərbaycan həm də bu müharibədə müasir texnologiyalardan istifadə etməklə daha bir ilkə imza atdı. Rektor deyib ki, tədbirin AzTU-da keçirilməsi heç də təsadüfi deyil. Çünki, bu universitetin tələbələri torpaqlarımızın azadlığı uğrunda gedən bütün müharibələrdə ön sıralarda döyüşüb. AzTU-nun Vətən Müharibəsində iştirak edən tələbə və məzunları arasında 27 nəfər şəhidlik zirvəsinə ucalıb. 
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Etibar Əliyev, şura üzvləri Nadir İsrafilov, İlqar Orucov, Hikmət Əlizadə, Asif Cahangirov, Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Mayis Əliyev, Mirzə Cəfərzadə, tədbirin təşkilatçılarından “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli və digər rəsmi qonaqlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına hər zaman xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıblar. 
Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimova görüşə görə xüsusi təşəkkürünü bildirib.






Starxeber Bizi instagramda izləyin