22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 17.03.2021 384

Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.

"Operativ24.az" xəbər verir ki, bu gün Şabran rayonunun yol kənarı meşə fondu torpaqlarında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin rəhbərliyi və Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib. 


  Qeyd edək ki, son 3 gün ərzində 13 rayonda ağac əkini həyata keçirilib. Zərdab, Ağsu, Qobustan, Ağdaş, Şəki, Zaqatala, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad, Masallı və Şabran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 30 hektar ərazidə  40 mindən artıq müxtəlif cinsli ağac əkilib, 1000 kiloqrama yaxın toxum səpilib.


  Qeyd edək ki, yaz ağac əkini respublikanın bütün rayonlarını əhatə edəcək və ölkə üzrə ümumilikdə 200 hektar meşə fondu torpağında hər bölgənin iqlim şəraitinə uyğun ağaclar əkiləcək. 






Starxeber Bizi instagramda izləyin