22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 17.03.2021 378

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Lotfi Zadeh Texnologiya Mərkəzi”ndə innovasiya ekosisteminin oyunçuları ilə görüşüb.
 
"Operativ24.az"
xəbər verir ki, görüşdə ekosistemin əsas oyunçuları olan “NextStep”, “SUP VC”, “Yeni Fikir” MMC, “Lotfi Zadeh Texnologiya Mərkəzi”, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”, “New Space”, “Youth İnc Biznes İnkubasiya Mərkəzi” və “Tech.az” şirkətlərinin nümayəndələri iştirak ediblər.

İştirakçılar Azərbaycanda innovasiya mühitinin inkişaf etdirilməsi məqsədilə innovativ ideyaların sistemli və məqsədyönlü formalaşmasını,  ekosistem oyunçularının bir yerə toplanmasını müzakirə ediblər. Həmçinin  resurslara birgə çıxışın təmin edilməsinə dəstək ola biləcək tərəfdaşlıq platformasının yaradılması üçün səylərin gücləndirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı razılıq əldə edilib.

Sonra Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov tərəfindən startapların öz fəaliyyətlərini qurmağa və genişləndirməyə imkan verən rəqəmsal hökumət ekosisteminin komponentləri ilə bağlı təqdimat nümayiş olunub. 

Görüşdə, həmçinin ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması, beynəlxalq bazara birgə çıxış imkanları, daxili və xarici investisiyaların cəlb edilməsi və bu sahədə digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Universitetlərdə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması barədə də danışılıb və bir sıra qərarlar qəbul olunub.

Sonda görüş iştirakçılarının “Lotfi Zadeh Texnologiya Mərkəzi” ilə tanışlıq turu zamanı ekosistem oyunçularına  Mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verilib.




.






Starxeber Bizi instagramda izləyin