17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 16.03.2021 969

Hər partiya xalqın partiyası ola bilməz.

Ən ciddi, ən məsuliyyətli, ən gərəkli platforması xalqın mənafeyi olan partiya dünyəvi pro­seslərin də iştirakçısı olur. Qu­rucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Yeni Azərbaycan partiyası belə partiya­lar­dandır. Azərbaycanda milli qarşıdurma yarananda, sepa­rat­çılıq dövlətçiliyin süqutuna isti­qa­­mətlənəndə, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ya­ra­nanda xalq ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət edəndə də, ən böyük azərbaycanlı kimi ömrünü xalqın sabahları üçün yaşayan dahi şəxsiyyət dövlətçiliyin iti­rilməsi təhlükəsini sovuşduranda da, Ermənistanın elan etmədən başladığı müharibədə atəş­kə­sə nail olunanda da xalqla dövlət arasında ən böyük etimad ünvanı Heydər Əliyevin özü və onun ya­rat­dığı partiya oldu. Bu partiya xalqın böyük etimadı ilə əhatələndi.

Yarandığı gündən xalqın dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından tarixi bir mərhələdə keçirildi.

1992-ci ilin noyabrından bəri partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsas­la­nıb. Bu ma­raqlar həmişə Azərbaycanın bu gününü, sabahlarını əhatələyib, bundan sonra da belə olacaq. Bu partiya mahiyyəti etibarilə azərbaycançılıq partiyasıdır.
Partiyanın uğurları nə ilə müəyyənləşdirilir? – xalqın etimadını qazanmaqla, cəmiyyətin bütün təbəqələrinin maraqlarını hansı səviyyədə ifadə etməsiylə, fəaliyyətinin dövlətçiliyi necə əhatələməsiylə. Bu baxımdan cəmiyyətdə sosial sabitliyə nail olunubsa, dövlətin siyasətinin əsası həm də humanizm və ədalət prinsiplərinə istiqamətlənibsə, YAP, əlbəttə ki, xalqın parti­ya­sıdır, dövlətçiliyin partiyasıdır.  

Hər qurultay ictimaiyyəti müəyyən tarixi missiyanın həyata keçrirlməsinə səfərbər edir, cəmiy­yə­tin diqqətini bu missiyaya yönəldir. Bu qurultay Vətən müharibəsindən sonra ictimaiy­yə­tin diqqətini çəkən böyük siyasi hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışlarında Zəfərdən sonrakı fəaliyyətin başlıca istiqamətlərini bildirdi. Bu istiqamət­lər­dən ən başlıcası işğaldan azad edilmiş ərazilərə qayıdışın təmin edilməsidir. Qayı­dış üçün kəndlərdə, şəhərlərdə nəinki zəruri, həm də gərəkli yaşayış şəraiti yaradılacaqdır.
Qurultayda yekun nitqində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev təkcə YAP fəallarının deyil, ümumən vətəndaşların vətəndaşlıq missiyasını belə ümumiləş­dir­di: “...Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma tor­paq­larına qaytarılması prosesinə də start verəcəyik və burada Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar...”. Bu fikir hər birimizin yerinə yetirməli olduğumuz partiya tapşırıqlarından biridir.

Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, yeni Proqramın 3 ay müd­də­tin­də hazırlanması ilə bağlı İdarə Heyətinə verilən tapşırıq hər bir partiya üzvünün ictimai və­zi­fələrini müəyyənləşdirir. Bu vəzifələrin başlıcası hər bir vətəndaşın Böyük Qayı­dı­şa sə­fərbər olması deməkdir. Hər bir azərbaycanlı, bu sıradan hər bir YAP üzvü Böyük Qayı­dış prosesinin fəal iştirakçısı olmalıdır. Fəal iştirakçı olmaq Qayıdışın mənəvi yükünü bölüş­mək deməkdir, 28 il doğma ocağından kənarda yaşamağın sıxıntıların yaşayanlara mənəvi dəstək bu gün partiyanın qarşıya qoyduğu vəzifələr sırasındadır.

Hər qurultay gələcək fəaliyyətin konturlarını müəyyənləşdirir. YAP-ın VII qurultayı cə­miy­yətin Zəfər qürurunu yaşadığı bir vaxtda olduqca gərəkli vəzifələr müəyyənləşdirib. Bu vəzifələr dövlətçiliyin tələbi kimi yerinə yetiriləcəkdir.  
 
VII qurultayda müzakirə edilən məsələlər istər ayrılıqda, istərsə də vəhdətdə partiyanın  ye­ni bir mərhələdə olduğunun göstəricidir.
YAP xalqa xidmət edən partiyadır. Xalqa xidmətin mahiyyəti dövlətə, dövlətçiliyə xid­mət­dir. Bu partiya dövlətin mənafeyinə uyğun olmayan bütün fəaliyyətlərin müxalifidir. İstə­ni­lən partiyanın fəaliyyətinin başlıca istiqamətləri insan amili ilə səsləşməlidir. Bu baxımdan YAP in­san­ların düşüncələrini dövlətçiliyə yönəltməyən partiyaların müxalifidir. Vətən müha­ri­­bə­sin­də  ictimaiyyət Ali Baş Komandanın ətrafında sıx birləşdi. Azərbaycan Ordusunun Zəfər qazan­ma­sında bu amilin də böyük əhəmiyyəti oldu. Vətən naminə, dövlətin beynəlxalq nüfuzunun daha da artmasında Zəfərdən sonra başlanan proseslərdə də belə birlik zəruri deyil­mi?

Qurultay təsdiqlədi ki, ən böyük missiyası xalqa xidmət olan Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın milli ma­raqlarının siyasi cəfakeşi olacaq, Müzəffər Ali Baş Ko­mandanın sərkərdəliyi ilə milli təhlükəsizliyimizə xidmət edəcəkdir.
“İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir” – YAP-ın hər bir üzvü Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlnam Əliyevin bu fikirlərini fəaliyyət tezisi biləcək, fəaliyyətini bu tezislərə uyğun quracaqdır.

Mən Azərbaycan vətəndaşı kimi, Millət vəkili kimi xatırlayıram və bir daha xatırladıram ki, YAP-ın üzvü olmaq əsl vətəndaşlıq missiyasını yerinə yetirməkdir.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Operativ24.az






Starxeber Bizi instagramda izləyin