22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Siyasət 15.03.2021 962

Martın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılıb.

"Operativ24.az" xəbər verir ki, iclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.

Qeyd olunub ki, hazırda bu qurumun auditoru vəzifəsinə  olan vakant yerlərə təqdim edilmiş namizədlər “Hesablama Palatası haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş palatanın üzvlərinə dair tələblərə cavab verirlər, peşəkarlıq səviyyələri yüksəkdir. Tahir Mirkişili vurğulayıb ki, ali audit orqanı olan Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı həyata keçirdiyi fəaliyyət Milli Məclis deputatlarına təqdim olunan təhlil materiallarının əhatəli olmasında və yüksək keyfiyyətdə hazırlanmasında özünü aydın göstərir. Bu prosesin ildən-ilə təkmilləşməsində adı çəkilən namizədlərin özünəməxsus əməyi vardır.
Sonra komitədə yeni vəzifələrə təqdim olunmuş namizədlərin çıxışları dinlənilib. Namizədlər göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.

İclasda çıxış edən komitə sədrinin müavini Əli Məsimli, deputatlar Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov və Mahir Abbaszadə Hesablama Palatasının sədr müavini və auditorları vəzifələrinə irəli sürülmüş namizədlərə müsbət münasibət bildiriblər, onlara təmsil etdikləri qurumun işlərini yeni dövrün çağırışlarına uyğun qurmaqda uğurlar arzulayıblar, təklif və tövsiyələrini diqqətə çatdırıblar.
Fikir mübadiləsinin yekununda komitənin rəyini bildirən Tahir Mirkişili qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi namizədliyi irəli sürülmüş bu şəxslərin həmin vəzifələrə təyin olunmasını məqsədəuyğun hesab edir.
Sonda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.  










Starxeber Bizi instagramda izləyin