17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 15.03.2021 495

Müsabiqənin məktəbdaxili mərhələsinin vaxtı uzadılıb


Ümumi təhsil müəssisələrinin müəllimləri üçün keçirilən “Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsinin vaxtı uzadılıb.

Müəllimlərin müraciətləri nəzərə alınaraq müsabiqənin məktəbdaxili mərhələsi 15 aprel 2021-ci il  tarixədək  davam edəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.

İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunur. Hər müəllim yalnız  bir  onlayn  dərs  modeli ilə  müsabiqədə iştirak edə bilər.

Müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı onlayn dərs modeli seçilərəkmk@baku.edu.gov.azelektron ünvanına göndəriləcək. Müsabiqənin şəhər mərhələsində isə məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.

Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə 3  müəllim  I, 3 müəllim II, 3 müəllim III yerə,  yuxarı  sinif kateqoriyası üzrə isə 5 müəllim I, 5  müəllim II, 5 müəllim isə III yerə layiq  görüləcək.

 Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15  onlayn dərs tədris edən müəllimə "Tərifnamə" təqdim olunacaq.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin