10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 17.06.2019 321

Jurnalist Zaur Məmmədov (Əhməd) "Atalar Günü" ilə bağlı  təsirli paylaşım edib.

operativ24.az xəbər verir ki, jurnalist Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan atası Əhməd Teymur oğlu Məmmədov haqqında ürək sözlərini qələmə alıb:


"Bu gün Atalar günüdür. Atalar... Mən, ata sözünü çox deyə bilən uşaqlardan deyiləm. 10 il atalı olmuşam. Sonrası boşluq, kimsəsizlik, arxasızlıq... 

Cabir Abdullayevin oxuduğu bir ata muğamı var. "Heç övlad atasız qalmasın yalqız, atadır övladın ümidi yalnız" misrası ilə başlayır. Ağır sözləri var o muğamın. Yanımda kimsə olanda o muğamı eşidəndə nifrət edirəm hər şeyə. Çox kövrəlirəm, göz yaşım sel kimi gəlmək istəyir, amma özümü sıxıram. 
Ata mənə göz yaşı deməkdi, halbuki ata göz yaşı silən olar. Gözümdən yaş gələndə atasız olduğumu hiss edirəm. Odur ki, ağlamıram, göz yaşından zəhləm gedir ki, atasızlığımı xatırladır mənə.

Ata... Bu sözü illər boyu deyən dostların əhatəsində olmaq çox ağırdır. Hər o sözü eşidəndə köksünü ötürürsən. Amma qürurum, içimdəki əyilməzlik, bir az da dikbaşlığım imkan vermir , özümə qarşı mərhəmətə allergiyası olan birisi olduğum üçün kimsə köks ötürdüyümü görməyib, görə də bilməz... 

Ata... Hər evə, hər uşağa lazımdır, nə uşaq, elə böyüyə də lazımdır. Yaxşı bəs mən niyə uşaqlığımda arxasız, dayaqsız, ATAsız qaldım? Axı mən atasız qalmaya da bilərdim. 
Bəli, 25 ildir ki, atasızam, amma ATAM 25 il əvvəl seçdiyi yolla əsas borcunu ödəmiş oldu. Övladlıq borcunu... Vətənə ovladlıq borcunu ödədi. Bizə atalıq borcu qaldı, amma... 

Amma illər ötdü. Atalıq borcu böyüdü, böyüdü, böyük bir dağ oldu. Bir də ayıldım ki, bir də anladım ki, sən demə, o böyüyən atamdan qalan borc deyilmiş. Sən demə, atam nəinki bizə borcludur, hamımızı özünə borclu qoyub, xəbərimiz yox. Elə bil zirvəyə ucalıb ki, kölgəsi bizə yetər. İndi mən atasının kölgəsində gəzən oğullardanam. Ata, nə yaxşı ki, o zirvəyə qalxmısan. Atasız illər ağır olsa da, zirvədən üstümüzə saldığın kölgənin əzəməti hər şeyi unutdurur. 

Atalar günün mübarək, Ey Şanlı şəhidim, ey BÖYÜK KIŞI...






Starxeber Bizi instagramda izləyin