106.3 FM radiosunun aparıcısı DJ Kazım Sübhan ARB telekanalında yeni layihəyə başlayıb.
Operativ24.az-ın məlumatına görə, proqramın tanıtım anonsu artıq yayımlanıb. Video çarxda “Özəl"in tezliklə efirə qayıdacağı bildirilib.
Kazım, məşhurlarla müsahibələr edəcək.
Qeyd edək ki, Kazım Sübhan bundan öncə “MTV”də “MTV Özəl” verilişinin aparıcılığını edib.