22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 13.03.2021 450

Milli Məclisin Gənclər və idman komitəsində həkimlərlə görüş


         Martın 13-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş həkimlərlə görüş keçirib.

Qonaqları salamlayan vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsindən bəhs edərək qeyd olunan tarixi qələbənin tariximizin ən şanlı səhifələrindən biri olduğunu bildirib.

Döyüş meydanında qazanılmış qələbənin ölkə başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilməsinə toxunan Adil Əliyev nəticədə Ağdam, Kəlbəcər, Laçın və digər şəhər və rayonlarımızın bir güllə belə atılmadan geri alınmasını diplomatiyamızın çox böyük uğuru adlandırıb. Qeyd edib ki, Vətən müharibəsində “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan xalqının arxa cəbhədə, igidlərimizin isə ön cəbhədə şücaəti ölkəmizin gücünü bir daha bütün dünyaya göstərdi. 

2020-ci ildə həkimlərimizin pandemiya xəstəxanalarında, sonra isə müharibə zamanı fəaliyyətindən danışan vitse-spiker onların fədakarlığını yüksək qiymətləndirib.

Bildirib ki, həkimlərimizin gərgin əməyi nəticəsində bir çox yaralı hərbçimiz həyata qaytarılıb, bir çox hərbçimizin isə müalicəsi davam etdirilir.  Adil Əliyev göstərdikləri fədakarlığa və vətənpərvərliyə görə bir daha həkimlərə təşəkkürünü bildirib, Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləklərini ifadə edib.

Görüşdə iştirak edən həkimlər torpaqlarımızın düşmən işğalından azad edilməsindən qürur duyduqlarını və yaralanmış hərbi qulluqçularımıza xidmət göstərməyin onların vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin