17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 12.03.2021 728

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin Türkiyəyə işgüzar səfəri davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.


Səfərin 2-ci günü nümayəndə heyəti və Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik), “Elele” (Əl-ələ), “Mehmetçik” (Əsgər) Fondları arasında görüş keçirilib. Görüş zamanı Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub. 


Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in və “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib.  Diqqətə çatdırılıb ki,  əsas prinsiplər kimi səmərəlilik və şəffaflıq əsasında fəaliyyət göstərən “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Fondun fəaliyyətində əsas hədəflərin şəhid ailələrinə və qazilərə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu qorumaq olduğu qeyd edilib. Həmçinin vurğulanıb ki, Fondun əməkdaşları məhz qazilərimiz və şəhid ailələrinin üzvləridirlər.


Sonra  Bilkent Qazi Fiziki Müalicə Xəstəxanasında müalicə alan Vətən müharibəsi qazisi Tural Əsədzadə  ziyarət edilib.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin