Vətəndaşlar videoqəbul formatında qəbul edilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilir.
Videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.
Videoqəbulda vətəndaşlar tərəfindən qaldırılmış məsələlər dinlənilir və qeydiyyata alınır.
Qeyd edək ki, BŞTİ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlarqəbul günləri haqqında Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna və ya (012) 599-12-22nömrəli telefona zəng etməklə məlumat ala bilərlər.
Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.