17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 11.03.2021 624

Unibank və Mastercard daha bir ilkə imza atdı


Ödənişlərinizi o saat etmək istəyirsiniz? O zaman bilin kio saat bu saatdır. Unibank və Mastercard Azərbaycanda ilk dəfə olaraq, Mastercard kartları ilə Garmin saatlarından təmassız ödəniş imkanlarını təqdim edir. Bunun üçün sadəcə mobil telefonunuzda Garmin saatınıza məxsus tətbiqə daxil olursunuz, Unibank Mastercard kartınızı daxil edərək, saatınızı təmassız ödənişlərə hazır edirsiniz. Prosesin ardıcıllığını bu videodan öyrənə bilərsinz. https://youtu.be/lQZErF7ImxI
“İnnovativ texnologiyaları Azərbaycana gətirməkdən və Nağdsız Azərbaycan adını əsl reallığa çevirməkdən qürur duyuruq. Bütün bu layihələr əlbəttə ki, bizim müştərilərimizə daha çox rahatlıq gətirir və eyni zamanda elektron ödənişlərin həcmini artıraraq iqtisadiyyatı inkişaf etdirir. Bu cür layihələri hazırlamaqla vədimizə sadiq qalmağa davam edirik.” - deyə Mastercard-ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bildirib ki, Unibank davamlı olaraq ölkədə nağdsız ödənişlərin artırılmasına öz töhfəsini verir: “Məhsul və xidmətlərimizin rəqəmsallaşması yaxın illər üçün “Unibank”ın əsas prioritetlərindən biridir. Çox sevindiricidir ki, bazarda öz rəqəmsal xidmətlərimizin çoxluğuna görə seçilirik. Unibank olaraq bu sahədə bir çox ilklərə imza atmışıq. Uzunmüddətli partnyorumuz olan Mastercard-la birgə müştərilərə təqdim etdiyimiz Garmin saatları ilə təmassız ödəniş, bu ilklərdən biridir. Bu yaxınlarda bank kartlarına xidmətin “Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsində əsas məqsədimiz də elə Bankımızın kart istifadəçilərinə daha çox imkanlar və yeniliklər qazandırmaq idi. Unibank müştərilərini nağdsız ödənişlər sahəsində bir çox yeni xidmətlər gözləyir”.

Qeyd edək ki, Unibank bu günlərdə “Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub. 

Unibank- hər kəsin bankı!



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin