22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İdman / Sosial 11.03.2021 531

Martın 10-da Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev olimpiadaların qalibi və dünya çempionu olan idmançılar Rövşən Bayramov, Hacı Əliyev, Həsən Əliyev, Cəbrayıl Həsənov, Əlisa Abbasov, həmçinin bir qrup  fəal gənclə görüş keçirib.

"Operativ24.az" xəbər verir ki, Vitse-spiker ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim ön planda olmasından, bu sahədə Gənclər və idman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, habelə Milli Məclisin Gənclər və idman Komitəsinin fəaliyyətindən danışıb, ölkə başçısının idmançılara diqqət və qayğısından məmnunluğunu ifadə edib.
Görüşdə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açılmasından, hazırda işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi üçün görülən işlərdən danışılıb. 
Adil Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında ölkə başçısının Şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanması barədə fikirlərini yada salaraq ölkəmizdə bu sahədə aparılan işlərdə hər kəsin səfərbər olmasının vacibliyini vurğulayıb.
Söhbət zamanı vitse-spiker Olimpiya Oyunlarının qalibi Rövşən Bayramovu Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü təyin edilməsi münasibətilə təbrik edərək, idmançılarımızın ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirakını yüksək qiymətləndirib. 
Aparılan fikir mübadiləsində gənclərin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasına təsiri və onların zərərli vərdişlərdən uzaq olmasında rolu barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara, habelə Vətən müharibəsində xidmətlər göstərən bir qrup şəxsə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.






Starxeber Bizi instagramda izləyin