17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 11.03.2021 734

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

"Operativ24.az" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti  Ankarada Heydər Əliyev Parkını ziyarət edib, ümummilli liderin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil qoyulub.

Nümayəndə heyəti tərəfindən, həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbri ziyarət edilib, əklil qoyulub.

Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə də tanış olub, o cümlədən Dövlət Agentliyinin sədri xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi əsasında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in və “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib.  Diqqətə çatdırılıb ki,  əsas prinsiplər kimi səmərəlilik və şəffaflıq əsasında fəaliyyət göstərən “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Həmçinin vurğulanıb ki, Fondun əməkdaşları məhz qazilərimiz və şəhid ailələrinin üzvləridirlər.

TADƏHF-in sədri, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attar  görüşün məqsədləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan qələbə tarixi hadisədir. Qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur.

Görüşdə iş adamları tərəfindən “YAŞAT” Fonduna dəstəklə bağlı qərarlar qəbul olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nümayəndə heyəti Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik,  eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu ilə görüşüb.

Səlcuk Bayrakdaroğlu Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbəni Bütün Türkiyə ictimaiyyətinin öz sevinci kimi yaşadığını vurğulayıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondunun yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə söz açıb. Vurğulanıb ki, Fondun fəaliyyətində şəhid ailələrinə və qazilərimizə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu ən yuxarı təbəqədə qorumaq əsas hədəflərdir.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin bu səfərdəki əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondları ilə “YAŞAT” Fondu arasında işgüzar münasibətlərin formalaşdırılması və əməkdaşlıq protokolunun imzalanmasıdır.











Starxeber Bizi instagramda izləyin