17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 11.03.2021 625

Xalqın Partiyası...


     YAP- üç hərfin birləsməsindən yaranan bu adın açılışında böyük bir məna var,Yeni Azərbaycan Partiyası. Təməli 21 noyabr 1992-ci ildə qoyuldu. İctimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. 1991-ci ildə Azərbaycan Dövlət müstəqilliyini elan etdikdən sonra bir çox fələkətlərlə üzləşdi. Xalqa qarşı edilən xəyanətlər, ağır iqtisadi, siyasi, mənəvi böhranlar Respublikada vəziyyəti ağırlaşdırırdı. Əlbəttə belə bir vaxtda ölkəni xilas etməyin zamanı idi. Xalqın tanınmış ziyalılari bu böhrani aradan qaldırmaq üçün Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. 91 nəfərin imzası ilə yazılan sənəd Naxçıvana, Xilaskara yollanıldıAzərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə bütün çətinliklərə baxmayaraq Ulu Öndər Heydər Əliyev bu partiyanin təməlini qoydu. Xalqını dar gündən xilas etdi. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrildi. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndər millətinin firəvan yaşaması, irəliyə doğru addımlaması üçün dayanmadan çalışdı. Xalq görülən bütün işləri yüksək qiymətləndirir və daima Xilaskarı dəstəkləyirdilər. Nəhayət, 1993-cü ildə Xalqın dəstəyi ilə Ulu Öndər Heydər Əliyev Prezident vəzifəsinə seçildi və bağlı parlaq gələcəyimizin qapıları açıldı. Ümumilli Liderin hakimiyyət illəri 1993-2003 –cü illər  tarixə qızıl hərflərlə yazılıb. Onun sayəsində Azərbaycan adı Beynəlxalq tribunalardan eşidildi. Haqq-ədaləti bərpa edib Konstitusiya qəbul etdi. Ordu quruculuğuna start verdi. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Bir sözlə nizamsızları nizama saldı. 

    Yeni Azərbaycan Partiyası bütün fəaliyyəti müddətində Xalqın rifahı, xoş güzəranı üçün çalışdı. Xalqın səsi olan bu partiya onun etimadını doğrultmuşdu və bunun nəticəsi idi ki, hər keçirilən seçkilərdə YAP qalib gəlirdi. Belə qalibiyyətlərdən biridə 2003-cü il oktyabr ayında oldu. Keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqlədi. Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insan qatılıb. Hələ sağlığında canlı əfsanəyə çevrilən Ulu Öndərin siyasi xəttini bu gün onun layiqli davamçısı Cənab İlham Əliyev davam etdirir. İlham Əliyevin misilsiz xidmətləri Respublikanın bütün regionlarında özünü göstərir və regional təşəbbüslərin əhəmiyyəti ildən ilə artır. Onun uğurlu addımları ölkənin enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Dövlətin milli maraqlarını qoruyan İlham Əliyev onun gələcəyini planlaşdırır, qüdrətinin, təsir imkanlarının artması üçün qətiyyətli addımlar atır. Güclü liderin ətrafında yaranmış partiya, bu gün güclü liderin siyasəti ilə addımlayır. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sədirliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Ümumilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır. 

      Azərbaycanın iqtisadi potensialı daim artmaqdadır. Davamlı iqtisadi inkişaf üçün Azərbaycanda bütün amillər mövcuddur. Ölkədə hər zaman daxili sabitliyi qoruyan İlham Əliyev iqtisadi inkişafın əsas amilini də məhz bunda görür. Eyni zamanda bu sabitliyi qonşu ölkələrlədə qoruyan Cənab Prezident xüsusi əməkdaşlıq edərək dosluq əlaqələri yaradıb ölkəmizi bütün dünyada tanıdır. Avropa İttifaqı ilə sıx əlaqələr qurub, ittifaqa üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bütün bu qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda  tərəfdaş qazandırıb. Bu dostluqlar özünü hər zaman doğrultdu. Xüsusilə İkinci Qarabağ müharibəsində bizi tək qoymayan qonşu dövlətlər müharibənin hər anında mənəvi dəstəklərini əsirgəmədilər. Böyük Qələbəyə aparan partiyanın sədri Cənab İlham Əliyev, Ali Baş Komandan tarixi ədaləti bərpa edib işğal altında olan bütün torpaqlarımızı geri aldı. Dəmir yumruqla düşmənin belini qırdı. İllərdir torpaq həsrəti ilə yaşayan Xalqın ümidlərini çin etdi. Onları ata-baba torpaqlarına qaytarmaq üçün illərdir gedən bu muharibədən əl çəkməyib bu mübarizədə qalib gəldi. Vətən müharibəsindəki parlaq qələbəmiz bizim qürur mənbəyimizdir. Vətənə sevgi, düşmənə nifrət hissi ilə boya-başa çatan Azərbaycan oğulları torpaqlarımızın azad olunmasında iştirak etdi. Onlar torpaq uğrunda şəhid oldular, qazi oldular. Bu gün biz onlarla qürur duyur və azad etdikləri torpaqlar üçün onlara can borcluyuq. 

      Biz gənc nəsil hər zaman ölkə başçısının diqqət mərkəzində olmuşuq. Ulu Öndər Heydər Əliyevin dediyi kimi gənclər bizim gələcəyimizdir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək isdəyən gəncləri öz ətrafında birləşdirir. Yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması üçün bir sıra işlər görür. Partiya hər zaman azərbaycançılıq ideologiyasını rəhbər tutub və gənclər arasında da Vətənə sevgi, ölkə xaricində Azərbaycanı layiqincə təmsil etmək, milli mənəvi dəyərlərimizi təbliğ etmək öyrədilir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Yeni dövrə qədəm qoyan ölkənin nümayəndəsi olaraq demək istəyirəm ki, butün addımlarımızı düzgün atmalıyıqki daima uğur, qələbə qazanaq.


Bayramova Ayşən, 

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin