22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 11.03.2021 836

Məcburi köçkünlər indi Böyük Qayıdışın intizarındadır



 Ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan edilmədən müharibəyə başladı. Müəyyən səbəblərdən Azərbaycanımızın torpaqlarının 20 faizi işğal edildi. İllərlə BMT-nin Təhlükəsilik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan döv-lət¬lərin həll edə bilmədiyi Er¬mə¬nistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azər¬bay¬can Ordusu döyüşlərlə həll etdi. Ermənistan dəfələrlə Azərbaycan ərazisinə soxulmaq, yeni ərazilər işğal etmək üçün hü¬cumlar etmək istəmişdi. Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müx¬tə¬lif istiqamətlərdən, müxtəlif təyinatlı silahlardan, artilleriyadan istifadə etməklə bir neçə isti¬qa¬mətdən yaşayış mən¬tə¬qələrimizi, mövqelərimizi atəşə tutdu. Ordumuzun hissələri hücu¬mun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyytı başladı. Bu Vətən müharibəsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin ma¬hiy¬yətini be¬lə ifadə edirdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istə¬di¬yimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bər¬pa edəcək”. Əminliklə deyilən bu fikirləri Azərbaycan Ordusu 44 gün müddətində ger¬çək¬ləş¬dirdi. Bu tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyab¬rın 10-da xalqa müraciətində dedi: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”. Vətən müharibəsi başlayanda minlərlə çağırışyaşlı, hərbi xidmətdən tərxis olunan gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələrinə müraciət edərək döyüşənlərin sıra¬sın¬da olmaq istəmişdi. Onların əksəriyyətinin xahişi yerinə yetirilməmişdi. Vətən müharibəsini qə¬ləbə ilə tamamlamağa ordumuzun qüdrəti çatdığı üçün Azərbaycan Respublikası Preziden¬ti¬nin sərənca¬mı ilə qismən səfərbərlik elan edildi. Vətən müharibəsi hamını əsgərləşdirmişdi. Döyüşlərdən uzaqda olanlar qəlbən döyü¬şən¬lərin sırasında idi. Xalq döyüşən orduya həm mənəvi, həm də ehtiyac olmasa belə maddi yar¬dım gös¬tə¬rir¬di. Yəni Vətən müharibəsi xalqın müharibəsi idi. Qələbə də xalqın qələbəsi oldu. Azər¬bay¬can Respublikasının Prezidenti noyabr ayının 8-ni Zəfər Günü elan etdi. Bu tarix Azər¬baycan torpaqlarının işğaldan qurtuluş tarixi oldu. Xalq əmindir ki, bir də heç bir dövlət ərazi bütöv¬lü¬yümüzə qəsd etməyə meyillənməyəcək. Azərbaycan Ordusu düşmənin müqavimətini qırdı, müdafiə sədlərini darmadağın etdi. Azərbaycan Ordusunun gücü, qüdrəti döyüşlərin taleyini həll etdi. Müdafiə döyüşləri aparsa da müdafiə imkanları zəifləyən düşmən mövqelərdən qaçırdı. Suqovuşan, Cəbrayıl, Fü¬zu¬li, Qubadlı, Zəngilan işğaldan azad edildi. Bu qələbələr xalqın Ali Baş Komandanın sər¬kər¬¬dəlik qüdrətinə inamını kükrətdi. Bu inam Şuşa işğaldan azad ediləndə daha böyük coşqu ilə ya¬şanıldı. Bu qələbəni rus mediası obyektivliklə, istər jurnalistikanın, istərsə də insani qanun¬la¬rın tələblərinə əsasən səmimiyyətlə, dürüstlüklə belə ifadə etdi: “Belə dö¬yüş, dövlət,¬Vətən sev¬¬gisi gö¬rən olub¬¬¬mu, demək çə¬tin¬dir. Dağ yuxa¬rı, şəhidi çiy¬¬nin¬də, dö¬yüşə-döyüşə qan-tər için¬də qalxırdı Azər¬¬¬¬bay¬can or¬du¬su. Nə ya¬ra¬lını, nə şəhidini əldən bu¬rax¬¬mırdı. Nəfəs al¬ma¬dan Şu¬şaya çıx¬dı¬lar”. Xal¬qımız xarici medianın Şuşanın işğaldan azad edilməsi əməliyyatına ver¬diyi dəyəri Azər¬bay¬can Ordusunun qüdrətinə verilən dəyər bildi. Torpaqlarımız işğaldan azad edildi. Füzulili ana doğma ocağına qayıdan günü evinin divarlarının uçulduğunu görəndə göz yaşları sellənsə də hıçqırıq içində “Uçulan yenidən tikiləcək, sönən ocaqlar yenidən yandırı¬la¬¬caq. Torpağıma qayıtmışam. İndən belə ölsəm də dərdim yoxdu...”, - belə deyib. Bütün məcburi köçkün anaların belə düşündüklərinə zərrəcə şübhəm yoxdu. Vətən müharibəsindən əvvəl də, Zəfərdən sonra da yüzlərlə məcburi köçkün anayla söhbətləş¬mi¬şəm. Döyüşlərdən əvvəl hər söhbətimizdə doğma yurda sədaqətdən danışmışdıq. Qaçqın ana¬ların ürəyini üzən sıxıntıları mən də onlarla qoşa yaşamışam. Zəfər sevincindən də onlarla nəfəs-nəfəsə qürurlanmışıq. Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdarlıqla qürurlanmışıq. “Nə qədər ki, nəfəsim var, Prezidentimə də minnətdar olacam, əsgərlərimizə də. Biz məcburi köçkünləri gor əzabından onlar qurtardılar...”. Məcburi köçkünlər Böyük Qayıdışın yolçuları olacaqlar. Döyüşlərdən əvvəl “Təki torpağıma qayıdım, evimi daş-daş dikəldərik” – kəlmələrini əhd kimi, niyyət kimi, and kimi dinləmişəm. İndi hamısı “İcazə verilən kimi qayıdacağıq” – deyirlər. Onların səmimiyyətlə dediklərini indi səmimiyyətlə xatırlayıram. Bir məcburi köçkün ananın dediklərini də unutmaram: “Evimin papağını başına qoyan kimi səni qonaq aparacam, ay qızım. Qaçqınlıqdan sonra ocağımın ilk qonağı sən olacaqsan...” . Bu səfər mənim ömrümün ən gözəl səfərlərindən olacaq... Məcburi köçkünlər indi Böyük Qayıdışın intizarındadır... Səbinə XASAYEVA, Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin