22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 10.03.2021 316

Müsabiqəyə sənəd qəbulu davam edir


Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu martın 18-də başa çatır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq istiqamətlər üzrə müsabiqəyə layihə təqdim etmək istəyən KOB subyektlərinin diqqətinə çatdırır ki, layihələrini qeyd olunan tarixədək Agentliyə təqdim edə bilərlər. 

KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri Agentliyə elektron (info@smb.gov.az) və ya birbaşa (AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) təqdim edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. 

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq sənədləri (ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları) Agentliyin saytından (https://bit.ly/3oZx4HZ)ətraflı məlumatı isə (012) 404 04 01 və 131 Çağrı Mərkəzindən əldə edə bilər. KOB subyektləri müsabiqəyə təqdim ediləcək müvafiq sənədlərin hazırlanması üçün Agentliyin KOB inkişafı mərkəzlərinin ödənişsiz dəstək və xidmətlərindən istifadə edə bilərlər. Müsabiqənin nəticələri 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Müsabiqəyə təqdim olunacaq layihələrin qiymtələndirilməsi zamanı layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları və digər bu kimi amillər əsas götürüləcəkdir.  


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin