22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 10.03.2021 382

Azərbaycan və Yaponiya ədliyyə nazirlərinin görüşü keçirilib 


Yaponiyanın Kioto şəhərində keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Yaponiyanın ədliyyə naziri xanım Yoko Kamikava ilə görüşüb.

Ölkəmizin ədliyyə naziri həmkarını cinayətkarlıqla mübarizəyə həsr olunmuş bu mötəbər forumun pandemiya şəraitində yüksək səviyyədə keçirilməsi və Konqresin prezidenti seçilməsi münasibətilə təbrik edib, habelə qlobal cinayətkarlıqla mübarizə üzrə bütün dövlətlər üçün yol xəritəsi olan və Azərbaycanın milli maraqlarını əks etdirən Kioto Bəyannaməsinin qəbul olunmasının mühüm əhəmiyyətini qeyd edib.

Azərbaycan ədliyyə nazirinin Konqresdə bilavasitə iştirakını yüksək qiymətləndirən Y.Kamikava iki ölkə arasında dostluq əlaqələrinin olduğunu, 30 il ərzində əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Nazir F.Məmmədov dövlətlərimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün perspektivlərin olduğunu deyib, bu sahədə konkret təkliflər irəli sürüb.

Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sahəsində beynəlxalq aləmdə təqdir edilən islahatları barədə məlumat verilməklə hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı qeyd olunub, iki nazirlik arasında əməkdaşlığa dair sənədin hazırlanması barədə razılığa gəlinib.

Nazir həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin böyük Qələbəsini, torpaqlarımızın 30 illik erməni işğalından azad olunaraq ədalətin bərpa edildiyini vurğulayıb. 

İşğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun büsbütün viran olunduğu, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları xüsusi qeyd olunub.

Məcburi köçkün olmuş 750 min soydaşımızın öz dədə-baba yurdlarına qayıtması üçün ərazilərimizin bərpası üzrə görülən genişmiqyaslı işlərdən, o cümlədən “ağıllı kənd”lərin və yaşıl enerji zonalarının yaradılmasından danışılaraq, bu sahədə xarici tərəfdaşlarla əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə iştirak edib.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin