10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 9.03.2021 736

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevral ayının 26-da keçirdiyi mətbuat konfransında diqqəti cəlb edən əsas məsələlərdən biri də beynəlxalq jurnalistlərə Azərbaycanın enerji, nəqliyyat sahələrində əldə etdiyi əhəmiyyətli uğurları barədə söylədikləri idi. Regional güc mərkəzi olan respublikamızın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən strateji əhəmiyyətli transmilli layihələr Avrasiyanın yeni enerji və nəqliyyat-kommunikasiya xəritəsini formalaşdırıb.  Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. Heydər Əliyev Azərbaycanın zəngin təbii sərvətlərindən dövlət müstəqilliyinin möhkəmlənməsi üçün istifadə olunması və əhalinin sosial rifah halının yüksəlməsi məqsədilə yeni neft strategiyasının əsasını qoymuşdur. 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istifadəyə verildi, 1999-cu ildə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalandı. "Əsrin müqaviləsi” ölkəmizlə Qərb dövlətləri və beynəlxalq maliyyə qurumları arasındakı münasibətləri möhkəmləndirdi. Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri ilə bağlı layihələrə fəal şəkildə qoşulmuşdur. Məsələn, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən və tarixi İpək yolunun bərpasını nəzərdə tutan "TRASEKA” layihəsinin reallaşmasında ölkəmiz yaxından iştirak etmişdir. 1994-cü ildə çoxlarına qeyrimümkün kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olmuşdur. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş nəhəng enerji-nəqliyyat layihələri uğurla həyata keçirilmişdir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2014-cü ildə "Cənub qaz dəhlizi”nin, 2016-cı ildə isə Trans-Adriatik Boru Xəttinin (TAP) təməli qoyulmuşdur. 2018-ci il mayın 29-da Bakıda "Cənub qaz dəhlizi”nin, 2019-cu il noyabrın 30-da isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimləri keçirilmişdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilmişdir. 

İqtisadiyyat sferası böyük və mürəkkəb bir sistemdir. Bu sistemin normal fəaliyyəti, təbii ki, sistemə daxil olan alt sistemlərin fəaliyyətindən asılıdır. Respublikada aparılan islahatlar bu sahələr də əhatə etmişdir. Rabitə, informasiya texnologiyaları, nəqliyyat, energetika, qaz təchizatı sistemində struktur dəyişiklikləri edilmiş, onların səmərəliliyinin artırılması, normal fəaliyyətlərinin təmin edilməsinin hüquqi bazası əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Götürək rabitə sistemini. Son illərdə dövlət başçısının iştirakı ilə müasir tələblərə cavab verən rabitə stansiyaları, qovşaqlarının açılması, o cümlədən ucqar kəndlərdə rabitə xidmətinnin yaxşılaşdırılması, rabitə sistemində müasir, ən qabaqcıl texnologiyaların tətbiqi mühüm nailiyyətlər kimi qiymətləndirilməlidir. Bununla belə, dövlət başçısı ölkədə enerji təchizatını, sosial sferanın, əhalinin enerji, qazla təminatının daha da yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması məsələlərinə diqqəti artırmağı müvafiq idarəetmə strukturlarından tələb etmişdir. Çünki yanacaq-energetika sektorunun ahəngdar, səmərəli fəaliyyəti ölkənin iqtisadi təhlükəsizliyi iqtisadiyyatın dinamik inkişafı, əhaliyə qayğını yaxşılaşdırmaq üçün çox vacibdir. 

Beləliklə, sadalanan və burada qeyd olunmayan çoxsaylı faktlara istinad edərək tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin miras qoyduğu zəngin irs, ideyalar bu gün də yaşayır və Azərbaycanı inamla daha parlaq gələcəyə aparır.  Müxtəlif neft boru kəmərləri işə salındı və ya təməli qoyuldu. Azərbaycanın xarici ölkələrdən enerji asılılığına son qoyuldu. Bakı - Novorossiysk şimal, Bakı - Supsa ilkin qərb, Bakı - Tbilisi – Ceyhan əsas ixrac neft boru, Bakı - Tbilisi - Ərzurum qaz boru kəmərlərinin əsası qoyuldu. Bu çoxşaxəli boru kəmərləri layihələri təkcə iqtisadi deyil, eyni zamanda Azərbaycan dövlətinin beynəlxalq mövqelərini  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin möhkəmləndirən, müstəqilliyini gücləndirən, xalqın maddi rifah halını və mənəvi-psixoloji ruhunu yüksəldən amillər oldular. Şərqlə Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni zamanda böyük siyasi və strateji əhəmiyyət daşıyan TRASEKA proqramı reallaşdırıldı. Dünya ticarət yolları üzərində əlaqələndirici qovşaq ölkələrdən biri olan Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın əhəmiyyəti artdı, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı. Seçicilərin böyük əksəriyyətinin səsi ilə İlham Əliyevin Prezident seçilməsi sayəsində Azərbaycan dövlətçiliyi və xalqının tarixində yeni bir keyfiyyət mərhələsi başladı. Bu, Azərbaycan Respublikasının müasirləşməsi və onun tərkib hissəsi olan modernləşdirilməsidir. 2003-2020-ci illərdə o zamana qədərki tariximizdə görünməmiş bir sıra ilklərə imza atıldı. Ölkədə iqtisadi yüksəliş baş verdi. Azərbaycan rəqabətə davamlı bir ölkə oldu. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi. Yeni iş yerləri açıldı, xalqın həyat şəraiti yaxşılaşdı. Ölkədə yeni texnologiyalar tətbiq edildi. Hərbisənayə kompleksi yaradıldı. Azərbaycan beynəlxalq silah satış sərgi-yarmarkalarının iştirakçısı oldu. Azərbaycan Ordusu dünyanın 50 ən qabaqcıl ordularının cərgəsində yer aldı. Xalqın özünəinamı artdı və milli ruhu yüksəldi. Azərbaycan enerji, nəqliyyat və informasiya təhlükəsizliyini təmin etdi. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, respublikamızın müəllifi olduğu layihələr dünyanın enerji xəritəsini dəyişdirmiş, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüş, Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir. Dövlət başçısının qeyd etdiyi kimi, "Bizim inkişafımızın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.

Ələkbər Mustafayev, 
"Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru
Operativ24.az






Starxeber Bizi instagramda izləyin