10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 8.03.2021 726

Milli Məclisin VI çağırış deputatı, Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva Ümumdünya Qadınlar günü münasibətilə şəxsi "feysbuk" hesabında bütün qadınlarını təbrik edib.

“Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası qadın siyasətinə, cəmiyyətin qadına münasibətinə xüsusi önəm verən ilk dövlət kimi tarix yazdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipi seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu. Dünya gördü ki, Azərbaycan Demokratik Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir.
Azərbaycanda qadınlara həmişə xüsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətdə rolu daha da yüksəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki, bu gün azərbaycanlı qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər”.Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edirlər. Bütün bunlar dövlətin qadın siyasətinin mahiyyətinin göstəricisidir.

Azərbaycanda Birinci vitse-prezident təsisatının yaradılması, bu vəzifəyə UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təyin edilməsi də qadınlarımızın cəmiyyətdə rolunun kontekstləşdirilməsinin nəticəsidir.

“Azərbaycan qadını" Vətən müharibəsində Zəfər qazanan oğulların anası, bacısı, həyat yoldaşıdır. Onlar hər birimizin əzizidir.
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları səmimi-qəlbdən təbrik edir, hər birinə cansağlığı, ailə səadəti, qadın xoşbəxtliyi arzulayıram.”

Operativ24.az






Starxeber Bizi instagramda izləyin