Rəqqasə Rəna Ağamuradova (Renka) ənənəsinə sadiq qalaraq bu dəfə də 8 Mart Beynəlxalq Qadınlar Günündə pərəstişkarlarını sevindirib.
Operativ24.az xəbər verir ki, sənətçi “8 Mart” günü ilə əlaqədar maraqlı fotosessiya etdirib. O, hamam otağında güllərin içində şəkillər çəkdirib.
Fotoları instaqram hesabında paylaşan Renka "Əziz qadınlar sevib seviləsiniz həmişə. Əziz qadınlar güjdü olasınız həmişə. Əziz qadınlar gözəl olasınız həmişə. Əziz qadınlar xoşbəxt olasız həmişə. Bayramınız mübarək gözəl qadınlar" şərhini yazıb.
Layihə fotoqraf Həsrət Həsənov tərəfindən ərsəyə gəlib.