22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 7.03.2021 731

Təxminən bir həftə öncə Azərbaycan Prezidenti İlham Əliyev Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar azərbaycanlı, türk və xarici jurnalistlərlə mətbuat konfransı keçirdi. 24 televiziya kanalı vasitəsilə canlı yayımlanan və dünyanın dörd bir yanından 100-ə yaxın jurnalistin qatıldığı mətbuat konfransında Azərbaycan Prezidenti media nümayəndələrinin suallarını 4 saat ərzində cavablandıraraq, dünya rekordunu qırdı. Prezident İlham Əliyev su belə içmədən bir-birinin ardınca 4 dildə verilən sualları hər jurnalistin öz dilində cavablandırdı. Azərbaycanın dövlət başçısı səmimiyyəti, hazırcavablığı, uzaqgörənliyi və zəkası ilə dünya mətbuatının rəğbətini qazandı. Qeyd edilən mətbuat konfransında cənab prezident bir çox məsələlərə toxundu. O, müxtəlif dinlərin və xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığı Azərbaycan həqiqətlərini dünya mətbuatı qarşısında bütün obyektivliyi ilə bəyan etdi.           

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun şanlı qələbəsi haqda da xüsusi olaraq danışdı. O vurğuladı ki,   bu müharibədə Azərbaycan Ordusu müqəddəs bir amal, şanlı bir hədəf uğrunda mübarizə apardı. Heç kimə sirr deyil ki, düşmən 30 il işğalda saxladığı ərazilərimizdə güclü müdafiə zolaqları qurmuşdu. Düşmənin yaratdığı bütün maneələrə baxmayaraq, Müzəffər Ordumuz düşmənin qurduğu müdafiə zolaqlarını darmadağın etdi. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi. Amma şəhidlərimizin qanını yerdə qoymadıq və düşməndən intiqamımızı döyüş meydanında aldıq. Televiziyadan, mətbuatdan da gördüyümüz kimi döyüş meydanında, gecə-gündüz təlimlər keçirilirdi. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı.  Cənab Ali Baş Komandan göstərdiyi dəmir yumruq kimi birləşdik, böyükdən kiçiyə hər kəsin bir şüarı var idi - QARABAĞ AZƏRBAYCANDIR! Xalqımız böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər.  
          
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Vətən müharibəsində onların hər biri dözüm, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirdilər. 30 ilə yaxın müddətdə düşmənin talan edib viran qoyduğu Vətən torpaqları 44 günlük  müharibədə Azərbaycan Ordusunun misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində işğaldan azad edildi. Bu müharibə ordumuza yeni təcrübə qazandırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib xalqın şanlı Ordusu Vətənini hər zaman qorumağa davam edəcək.
Aslan Mehdiyev
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
Operativ24.az






Starxeber Bizi instagramda izləyin