17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 5.03.2021 846

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində 1-2 mart tarixlərində Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində gənc atalar üçün seminarlar keçirilib.

"Operativ24.az" xəbər verir ki, seminarlarda gənc atalar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri və ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi rolu kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər.
Layihə çərçivəsində Mingəçevir şəhəri ilə yanaşı Lənkəran və Sumqayıt şəhərlərində də gənc atalar üçün aşağıda qeyd olunan tarixlərdə oflayn seminarlar keçiriləcəkdir.

Sumqayıt - 10-11  Mart 2021
Lənkəran - 13-14 Mart 202
Bakı – 16-17  Mart 2021
Qeydiyyat üçün: https://cutt.ly/qkZzeQD
Qeyd edək ki, "ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması" layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilməkdədir.






Starxeber Bizi instagramda izləyin