10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 5.03.2021 545

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) növbəti iclas keçirilib. İclasda qış semestr imtahanlarının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili müzakirə olunub.

"Operativ24.az" xəbər verir ki, «ZOOM» proqramı vasitəsilə onlayn keçirilən iclasda İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər. 

Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyib. 
Daha sonra o, qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü  münasibətilə İnstitutun xanım kollektivinə səmimi arzularını ifadə edib. 
 A.Şirinov tədbirdə qış imtahan sessiyasının  yekunları ilə bağlı məsələlərə də toxunub. Qeyd edib ki, 2020/2021-ci tədris ilinin yaz semestrinin dərsləri məsafədən onlayn formada keçirilməklə uğurla davam edir. 
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov söz alaraq, pandemiya və müharibə dövrünə təsadüf edən payız semestrində tədrisin təşkili, keyfiyyəti və səmərəliliyindən  bəhs edib. 
M.Camalov daha sonra qış imtahanlarının keçirilməsi, qarşıya çıxan problemlər, imtahanların nəticələri haqqında məlumat verib. 
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov  “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə də toxunub. 
Daha sonra İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova çıxış edərək, qış imtahan sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən bəhs edib. 
İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov çıxış edərək, qış semestri boyu tələbələrin imtahanlarda müvəffəqiyyət göstəricilərindən, imtahan prosesinin şəffaf keçirilməsindən danışıb.
Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov çıxış edərək, pandemiya dövründə tədris prosesinin gedişatı, yaranan problemlər barədə məlumat verib. Kafedranın müəllim heyətinin sillabuslara uyğun surətdə yeni tədris semestrinə tam hazır olduğunu qeyd edib. 
Daha sonra Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov çıxış edib. Kafedra müdiri keçən semestrin göstəricilərinə toxunub, imtahanların nəticələrini uğurlu hesab etdiyini vurğulayıb.  O, ərəb dili üzrə təşkil olunacaq əlavə kurs üçün səviyyə imtahanları barədə ətraflı məlumat verib. 
İclas müzakirələrlə davam edib. 
















Starxeber Bizi instagramda izləyin