10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 4.03.2021 633

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş “Vətən uğrunda”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Emil Şamilovun xatirəsinə həsr olunmuş onlayn şahmat və “5 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş karate (kata) üzrə onlayn turnirinin qaliblərinin mükafatlandırılması keçirildi. 

"Operativ24.az" xəbər verir ki, tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Emil Şamilovun  xatirəsinin əziz tutulduğunu, şəhidin qardaşı Əmirxan Şamilova belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Raqif Abbasov sonda tədbir iştirakçılarını və bütün idman ictimaiyyətini “5 Mart Bədən Tərbiyəsi və İdman günü” münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

Qeyd edək ki, təltif olunanlar fərqli saatlarda Baş İdarəyə gələrək Baş İdarənin rəisi Raqif Abbasov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, şəhidin qardaşı Əmirxan Şamilov, Baş İdarənin sektor müdirləri tərəfindən fəxri fərman, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Təltif olunan klub rəhbərləri, məşqçi, hakim və idmançılar pandemiya dövründə müxtəlif layihələrlə məşqçi və idmançılara göstərilən diqqət və qayğıya görə Baş İdarənin rəisi Raqif Abbasova öz təşəkkürlərini bildirdilər.






Starxeber Bizi instagramda izləyin