17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İdman / Siyasət 4.03.2021 558

Martın 4-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş bir qrup idmançı və məşqçilərlə görüş keçirib. 

"Operativ24.az" xəbər verir ki, söhbət zamanı vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi şücaətdən danışıb, qüdrətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açıldığını bildirib. Qeyd edib ki, Qələbədən sonra əsas prioritetlər işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi və ərazilərimizin bərpa olunmasıdır. Ölkə başçısının bir neçə gün bundan əvvəl keçirdiyi 4 saatlıq möhtəşəm mətbuat konfransında toxunduğu məsələləri qeyd edən vitse-spiker həmin tədbirin əhəmiyyətindən danışıb.

Sonra görüşdə  5 mart - Bədən Tərbiyəsi və İdman Günü barədə söhbət açılıb. Adil Əliyev idmanın ölkəmizdə daim diqqət mərkəzində olması, bu sahənin inkişaf etdirilməsi üçün dövlətimizin həyata keçirdiyi tədbirlər, ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə fikirlərini bölüşüb. Yarışlarda yüksək nəticə göstərən idmançıların daim ölkə başçısı tərəfindən qəbul edilməsinə və mükafatlandırılmasına diqqət çəkən vitse-spiker bunun ölkə başçısının idmana diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd edib.

Fikir mübadiləsi zamanı gənc nəslin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasında və onların zərərli vərdişlərdən uzaq olmasında rolu barədə danışılıb.
Görüşün sonunda Vətən müharibəsinin iştirakçısı olmuş idmançılara, məşqçi müəllimlərə və idman sahəsində fəaliyyət göstərən bir qrup şəxsə Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri Fərmanı” təqdim edilib.






Starxeber Bizi instagramda izləyin