22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İdman 4.03.2021 591

Martın 3-də Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka,  qurumun baş direktoru Olivie Niqli və Azərbaycan Milli Antidopinq  Agentliyinin direktoru  Şəfəq Hüseynli arasında görüş keçirilib.  

"Operativ24.az" xəbər verir ki, videokonfrans formatında baş tutan görüşdə ÜADA-nın 2020-2024-cü illər üzrə strateji planında qeyd edilmiş hədəflərlə bağlı görülmüş işlər müzakirə edilib,  Milli Antidopinq Təşkilatları və digər tərəfdaşlarla əməkdaşlığın vacibliyi vurğulanıb. 

 Görüşün gündəliyində duran digər bir məsələ idmançıların antidopinq proseslərinə cəlb edilməsi ilə bağlı olub. 

Görüşdə həmçinin ÜADA-nın fəaliyyətinin effektivliyinin artırılması üçün təhsil, araşdırma və inkişaf istiqamətlərində istifadə   etmək üçün əlavə maliyyə mənbələrinin cəlb edilməsi və  Antidopinq Həmrəylik Fondunun fəaliyyət mexanizmi müzakirə edilib.  

Müzakirələr zamanı ÜADA-nın idarəetmə prinsiplərinin və mexanizmin təkmilləşdirilməsi barəsində 2018-ci ilin noyabr ayında Bakıda keçirilən Təsisçilər Şurası və İcraiyyə Komitəsinin qərarı üzrə indiyədək atılmış addımlar da diqqət mərkəzində olub. 
Bundan əlavə ABŞ tərəfindən qəbul edilmiş “Rodçenkov antidopinq aktı”nın xüsusiyyətləri və praktiki tətbiqi ilə bağlı yaranan suallar, habelə İdman Arbitraj Məhkəməsinin (CAS) RUSADA ilə bağlı qərarı və bunun nəticələri barədə fikir mübadiləsi aparılıb. 

ÜADA-nın prezidenti Vitold Banka  bildirib ki, İdmanda   bütövlüyün qorunması bütün maraqlı tərəflər arasında səmərəli əməkdaşlıq tələb edir. Buna görə də,  bu cür görüşlərin keçirilməsi görülmüş və görüləcək işlərin səmərəliliyi baxımından vacibdir. Vitold Banka ÜADA-nın fəaliyyətindəki yeniliklər, o cümlədən 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqində  qarşıya çıxan məsələlər haqqında danışıb. 
Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli  ölkədə antidopinq sahəsindəki vəziyyət, bu sahədə  baş verən yeniliklər, Yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı görülən işlər və AMADA-nın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. 






Starxeber Bizi instagramda izləyin