22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Siyasət 3.03.2021 722

Martın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycanın aparıcı texnoloji şirkətlərini birləşdirən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) nümayəndələri ilə görüş keçiriblər.

"Operativ24.az" xəbər verir ki, tədbirdə yeni şəraitdə İnformasiya Texnologiyaları ilə məşğul olan şirkətlərin fəaliyyəti, qlobal və yerli bazara innovativ, rəqabətqabiliyyətli, keyfiyyətli məhsul və xidmətləri təklif etmək məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov və qurumu təmsil edən Rauf Həsənov (BestComp Group), İlham Namazov (Cybernet), Məhəmməd Zülfüqarlı (Ultra Technologies), Hikmət Abdullayev (IDRAK Technology Transfer Company), Vüsal Rüstəmov (İnnovasiyalar Mərkəzi), Yana Krimpe (B.EST Solutions) iştirak ediblər.
Qonaqları salamlayan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi, innovativ fəaliyyətin dəstəklənməsi iqtisadi siyasətdə prioritet məsələlərdəndir. Müasir dövrdə dünyada iqtisadi inkişaf “biliklərə əsaslanan iqtisadiyyat” mərhələsinə keçib və yaxın illərdə üstünlük innovativ potensialdan effektiv istifadə etməyi bacaran ölkələrdə olacaqdır.

Tahir Mirkişili əlavə edib ki, İKT ilə bağlı qanunvericiliyin təkmilləşməsi üzərində iş gedir, bu sahədə problemlər öyrənilir,  bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır , qanun layihələri təhlil edilir, xarici ölkələrin təcrübəsi öyrənilir.
Görüşdə çıxış edən İqtisadi siyasət komitənin üzvləri Əli Məsimli və Elnur Allahverdiyev fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
Daha sonra görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.  
Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi və qanunvericilik sahəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə AZİNNEX arasında əməkdaşlığın qurulması qərara alınıb.






Starxeber Bizi instagramda izləyin