17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 2.03.2021 915

Martın 2-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərliyi ilə görüşüb. 

"Operativ24.az"
xəbər verir ki, qonaqları salamlayan vitse-spiker bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər Prezident  İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın münasibətləri fonunda uğurla inkişaf edir.

Bildirilib ki, ölkələrimiz ortaq tarixə malik, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki qardaş dövlətdir. Ölkəmizin apardığı haqq savaşında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyi Azərbaycan xalqı hər zaman xatırlayacaq.
Qeyd olunub ki, qələbədən sonra qarşımızda dayanan əsas məsələ Qarabağın bərpa edilməsidir. Hazırda bu sahədə ölkə rəhbərliyinin göstərişinə əsasən çox geniş miqyaslı işlər görülməkdədir.  

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev öz çıxışlarında Qarabağın bərpası zamanı görüləcək işlərə Türkiyə şirkətlərinin də cəlb edilməsinin vacibliyini vurğulayıb. Artıq ölkəmiz üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri fəaliyyətə başlayıblar.
Söhbət zamanı qardaş Türkiyə ilə iqtisadi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıqdan söhbət açılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.

Səmimi qəbula görə təşəkkür edən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndələri iki ölkənin ortaq dəyərləri bölüşdüyünü və bundan sonra da daim bir-birinə dəstək vermələrinin vacibliyini qeyd ediblər. Qonaqlar qüdrətli Azərbaycan Ordusunun Ermənistanı məğlub edərək qazandığı tarixi qələbədən, ərazilərimizin işğaldan azad edilməsindən məmnunluqlarını ifadə edərək öz sevinclərini bölüşüblər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.







Starxeber Bizi instagramda izləyin