17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 2.03.2021 1 685

Avropa Şurası Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAI) 4-cü plenar iclası keçirilib. Onlayn formatda keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov təmsil edib. 

"Operativ24.az" xəbər verir ki, plenar iclasda Azərbaycan nümayəndə heyəti ilə yanaşı Avropa Şurasına üzv olan dövlətlər, Avropa Şurasının Parlament Assambleyasının prezidenti Rik Dams, həmçinin Avropa Şurasının orqan və qurumları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər aidiyyatı təşkilatların təmsilçiləri iştirak ediblər. 

Tədbirdə Komitənin sonuncu iclası insan hüquqları, qanun və demokratiyanın aliliyi sahəsində Avropa Şurasının standartlarına əsaslanan hüquqi bazanın əsas elementlərinə həsr olunub. İclasda süni intellektin təsnifatı sahəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə aparlılan iş, Süni İntellekt erasında insan hüquqlarının müdafiəsi və digər məsələr müzakirə edilib, maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılıb. 

Xatırladaq ki,  2019-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsinin Bürosuna Azərbaycandan EHİM-in direktoru Fariz Cəfərov müşahidəçi üzv seçilib.






Starxeber Bizi instagramda izləyin