22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 2.03.2021 881

Martın 2-də Milli Məclisin Gənclər və idman komitəsində şəhid Xudayar Yusifzadənin anası, bir qrup Vətən müharibəsi qəhrəmanı, idmançı və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

"Operativ24.az" xəbər verir ki, Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun göstərdiyi şücaətdən danışaraq, qüdrətli ordumuzun həyata keçirdiyi hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açıldığını bildirib. Qeyd edilib ki, ölkəmiz dəfələrlə münaqişənin dinc yolla və beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edilməsi istiqamətində addımlar atmasına baxmayaraq, Ermənistan rəhbərliyinin yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Bu haqq müharibəmizdə hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdilər. İgidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir gəncimiz üçün örnək olmalıdır. 

Diqqətə çatdırılıb ki, bu müharibə ordumuzun gücünü dünyaya göstərməklə yanaşı, Ermənistanın tənəzzül prosesini də sürətləndirib. Çünki müharibədəki biabırçı məğlubiyyətdən sonra Ermənistanın uzun müddət özünə gəlməsi qeyri-mümkündür.
Söhbət zamanı qeyd olunub ki, hazırda azad olunmuş ərazilərin bərpası ilə yanaşı, şəhid ailələri və qazilərin problemlərinin həlli də dövlətin diqqət mərkəzindədir.  Bu günə qədər bir çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Şəhid və qazi ailələrinin qayğılarının həlli istiqamətində hər birimizin səfərbər olması bizim mənəvi borcumuzdur.

Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyi ifadə olunub, şəhid Xudayar Yusifzadənin anasının timsalında bütün şəhid ailələrinə minnətdarlıq bildirilib. 
Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına, idmançılara və fəal gənclərin bir qisminə Milli Məclisin Gənclər və idman Komitəsinin “Fəxri Fərmanı” təqdim edilib.







Starxeber Bizi instagramda izləyin