22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Siyasət 1.03.2021 643

Martın 1-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Reqlament üzrə İşçi Qrupunun onlayn formatda iclası keçirilib.

"Operativ24.az" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və quruma üzv ölkələrin nümayəndələri iştirak ediblər.

QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanovun (Rusiya) sədrlik etdiyi iclasda Rusiya, Bolqarıstan, Yunanıstan və təşkilatın baş katibi Asəf Hacıyev tərəfindən irəli sürülən QDİƏT PM-in Reqlamentinə və Beynəlxalq Katibliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər barədə məsələyə baxılıb.

İclasda çıxış edən QDİƏT PM-in Baş katibi Asəf Hacıyev, işçi qrupunun üzvləri Peter Kanev, Violeta İvanov, Anna Purtova, Simeon Kedikoğlu, Cemal Öztürk təklif olunan dəyişikliklər barədə fikirlərini söyləyiblər.
Reqlament üzrə işçi qrup İqtisadi, ticari, texnoloji və ekoloji məsələlər üzrə komitənin bölünməsini, rəhbər vəzifələrin rotasiya müddətinin 1 il azaldılmasını və digər məsələləri əhatə edən 10-a yaxın təklifi dəyərləndirərək, bəzilərinə yenidən baxılması, əksəriyyətinin isə Hüquqi və siyasi məsələlər komitəsində müzakirə olunması barədə qərar qəbul ediblər.
Bununla da QDİƏT PM-in Reqlament üzrə İşçi Qrupunun iclası öz işini başa çatdırıb.






Starxeber Bizi instagramda izləyin