10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Mədəniyyət 27.02.2021 424

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüşüb.
"Operativ24.az" xəbər verir ki, səfiri salamlayan Anar Kərimov iki ölkə arasında mədəni əlaqələrdən söz açdı. Bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan nazir Latviya ilə yaradıcı mədəniyyət sənayeləri, habelə kino və musiqi sahələrində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirdi. 
Azərbaycan və Latviya arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd etdi.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Dainis Garançs Latviya tərəfinin də sıx əməkdaşlığa hazır olduğunu ifadə etdi. Diplomat iki ölkə arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək birgə layihələrin bu əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcəyini vurğuladı.
Görüşdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi, müasir incəsənətin inkişafı, kino sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə ustad dərslərinin təşkili, filmlərin çəkilməsi və digər sahələrdə təcrübə mübadiləsi və bu prosesə gənclərin, tələbələrin cəlb olunması məsələləri müzakirə edildi. 
Müzakirə zamanı Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin bərpası ilə bağlı məsələlərə toxunuldu.
Sonda gələcək əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı. 






Starxeber Bizi instagramda izləyin