17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 26.02.2021 635

Xəbər verildiyi kimi, fevralın 25-də Milli Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında videokonfrans formatında görüşü keçirilib.

"Operativ24.az" xəbər verir ki, görüşdə Xocalı qoyqırımının 29-cu ildönümü münasibəti ilə fikir mübadiləsi aparılıb. Litva Seyminin rəsmi veb-saytında həmin görüş barədə ətraflı məlumat verilib. 

Məlumatda bildirilir ki, 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən həyata keçirilən hərbi əməliyyat zamanı Xocalının dinc əhalisi xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb və əsir götürülüb. 
Litva parlamentinin üzvləri Azərbaycan xalqının tarixində baş vermiş bu qanlı və amansız hadisəni insanlığa qarşı cinayət kimi dəyərləndiriblər. Qeyd edilib ki, litvalı müəlliflər  bu faciəyə həsr olunmuş “Sonsuz dəhliz” adlı sənədli film hazırlayıblar. Filmdə Xocalıda törədilmiş qətliamın dəhşətli epizodları təsvir olunur.

Litva Seyminin Azərbaycanla dostluq qrupunun rəhbəri Kazis Starkyaviçius  Xocalı soyqırımını pislədiklərini və bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini, Azərbaycan xalqının yanında olduqlarını vurğulayıb. Qeyd edilib ki, Xocalı qurbanlarının xatirəsi Litvanın Bakıdakı səfirliyində də anılacaq. 






Starxeber Bizi instagramda izləyin