22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 26.02.2021 581

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

"Operativ24.az" xəbər verir ki, iclasda Tədris hissəsinin müdiri Qəmər İsayeva qış imtahan sessiyasının nəticələri barədə məlumat verib. Tədris işləri üzrə prorektor, professor Nurəli Yusifbəyli tədrisin keyfiyyətinin artırılması ilə bağlı çıxış edib. Bildirib ki, tədris proqramları, silabuslar və təcrübə proqramlarının məzmunu təkmilləşdirilməlidir. Həmçinin fakültələr üzrə tələbə hərəkətliliyinin izlənməsi üçün baza cədvəl forması qəbul olunmalıdır.

İclasda Vətən müharibəsində şəhid olan və akademik borcları qalan tələbələr üçün fəxri diplomların verilməsi ilə bağlı qərar da qəbul olunub. Bildirilib ki, AzTU-nun 27 tələbəsi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Onların əksəriyyətinin akademik borcları qaldığından diplom ala bilməyiblər. Buna görə də universitetin Elmi Şurası tərəfindən şəhidlərimizə ölümündən sonra fəxri diplomların verilməsi ilə bağlı qərar verilib.

Qeyd olunub ki, son bir ildə AzTU müasir dövrün çağırışlarına uyğun layihələr həyata keçirir. Onlardan biri də “AzTU Taxi” xidmətinin təsis edilməsidir. “AzTU Taxi”nin təsis edilməsi tələbələr üçün iş imkanlarının artılımasına da xidmət edəcək. Xidmətin yaradılması ilə bağlı qərar müzakirələrdən sonar qəbul edilib.  

İclasda “AzTU Könüllüləri” Təşkilatının təsis edilməsi ilə bağlı qərar da təsdiqlənib. Bildirilib ki, təşkilata üzv olan tələbələr universitetin struktur bölmələrində təcrübə keçəcək, bu da onların ilkin əmək vərdişlərinə yiyələnməsində böyük rol oynayacaq.






Starxeber Bizi instagramda izləyin