Milli Hidrometeorologiya Xidmətindən "Operativ24.az"a verilən məlumata görə fevralın 25-i saat 17:00-a olan hava proqnozuna əsasən əksər rayonlarda yağıntılar kəsib, lakin Lənkəran, Astarada qar yağmaqda davam edir.
Havanın temperaturu Bakıda 0, Maştağa, Binədə 1, Sumqayıtda 2 dərəcə isti qeydə alınıb.