10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 25.02.2021 470

Əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

"Operativ24.az" xəbər verir ki, bununla bağlı Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar keçən ilin sentyabr ayında elan edilmiş müsabiqədə iştirak etməyə dəvət olunmuşlar. Hazırda COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar müsabiqə üzrə test imtahanının cari ilin aprel ayının əvvəlində keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar ərizələrin qəbulunun mart ayının 5-də başa çatdırılması qərara alınmışdır.
"Notariat haqqında" Qanuna əsasən namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaqdır.
Qeyd edilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil ediləcəkdir.
Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcəkdir.
Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.






Starxeber Bizi instagramda izləyin