22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 25.02.2021 553

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub.

Operativ24.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX siniflərində təhsil alan şagirdlər arasında təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

Müsabiqənin nəticələrinə əsasən, 53 nömrəli tam orta məktəbin şagirdləri Yusif Qiyaslı və Nərmin Yusifzadə, 86 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əhədli, 234 nömrəli tam orta məktəbin şagirdi Əsli Mehdizadə, 189-190 nömrəli tam orta məktəbin şagirdi Vüsal Bağırlı, 310 nömrəli tam orta məktəbin şagirdi Ülkər Paşayeva “Təşəkkürnamə” ilə təltif edilib.

Paytaxtdakı 68 nömrəli tam orta məktəbin şagirdi Dilarə Həsənova, 53 nömrəli tam orta məktəbin şagirdi Ümid Qurbanov, 261 nömrəli məktəb-liseyin şagirdi Nəzrin Məmmədova, 17 nömrəli tam orta məktəbin şagirdi Rüfət Əhmədov, 126 nömrəli tam orta məktəbin şagirdi Elmar Əbdülrəhimov həvəsləndirici yeri tutduqları üçün "Tərifnamə"yə layiq görülüb.

Bundan əlavə, 294 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Məmmədzadə, 17 nömrəli tam orta məktəbin şagirdi Aysu Fərzullayeva, 110 nömrəli tam orta məktəbin şagirdi Gülşən Zamanova, 26 nömrəli tam orta məktəbin şagirdi Aylin Hüseynli və 139 nömrəli tam orta məktəbin şagirdi Xədicə İmamverdiyeva isə iştirakına görə “Tərifnamə” ilə təltif olunub.

“Vətənin qəhrəman oğulları” onlayn videotəqdimat müsabiqəsinə ümumilikdə 250-dən artıq iş təqdim olunub. Təxminən 5 dəqiqəlik videotəqdimatlar Münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürülüb.






Starxeber Bizi instagramda izləyin