14:39 CineMastercard”da “Qapı” Azərbaycan filminin Qala gecəsi  |     18:03 İstanbulun Şahzadələr Adalarında dincəlmək üçün istirahət yerlərini kəşf edin  |     17:18 Anadolu mətbəxi, mədəniyyətin dadlı ifadəsi  |     11:17 COP29 dünyaya ekoloji saflıq təklif edir  |     23:41 QHT sədri medalla təltif olundu  |     23:08 Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür  |     23:02 CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib  |     13:18 Ülviyyə Cəlilzadə: "COP29-dan sonra Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır  |     14:47 Türkiyənin Egey dənizini populyar velosiped marşrutları ilə kəşf edin  |     17:03 Payız mövsümündə Türkiyə turizmi: kəşf ediləcək gözəlliklər və fəaliyyətlər  |     16:13 “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində  |     15:28 “Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib  |     14:50 Türkiyənin Qərbdən Şərqə ən yaxşı payız marşrutlarını kəşf edin  |     16:43 Anım Gününə həsr olunmuş şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb  |     14:53 Keçmişin mədəni zənginliyi Türkiyədəki kəşflərlə üzə çıxır  |     14:46 Suveren Azərbaycanın yeni Parlamenti  |     23:11 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     22:13 Ermənistan Azərbaycana vurduğu maddi-mənəvi zərərə görə təzminat ödəməlidir – Millət vəkili  |     13:49 "2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq" - Nadir Alpaslan  |     12:23 Deputat: “Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”  |    
İdman 24.02.2021 728

Fevralın 24-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və bir qrup idmançı ilə xüsusi karantin rejimin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

"Operativ24.az" xəbər verir ki, görüş zamanı Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizin Vətən müharibəsi zamanı qazandığı tarixi zəfərdən, bu qələbənin nəticəsində uzun illər düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsindən və nəticədə ölkəmizin gücünün bütün dünyaya nümayiş etdirilməsindən danışıb.

Qeyd olunub ki, xalqımızın vətənpərvərliyi, Ali Baş Komandanımız Prezident İlham Əliyevin ətrafında sıx birliyi, müharibə və diplomatik müstəvidə qazanılan uğurlar Vətən müharibəsindən qələbə ilə çıxmağımızın əsasını təşkil edib. 
Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, habelə qazilərimizin qayğıları daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarıyla şəhid ailələri və qazilərin problemlərinin həlli ilə bağlı “Yaşat” Fondunun təsis edilməsi, habelə icra hakimiyyətlərində onlarla işləmək üçün struktur bölmələrin yaradılması bu qayğının bariz nümunəsidir. 

Görüşdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsinin vacibliyinə də toxunulub, idman və gənclər siyasətinin hər zaman ölkə başçısının diqqətində olmasından, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsindən məmnunluq ifadə olunub. 
Qeyd edilib ki, idmana diqqətin artırılması gənc nəslin zərərli vərdişlərdən uzaq olmasını və onların layiqli vətəndaşlar kimi yetişdirilməsini təmin edən mühüm amildir. Söhbət zamanı cəbhədə qazanılmış qələbələrin beynəlxalq idman yarışlarında uğurla davam etdirilməsi və idmançılarımızın ölkəmizi daha yaxşı təmsil etmələri üçün əzmlə çalışmalarının vacibliyi diqqətə çatdırılıb.
Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına, arxa cəbhədə fəal xidmət göstərən şəxslərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.








Starxeber Bizi instagramda izləyin