22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 23.02.2021 497

Fevralın 23-də Milli Məclisin deputatı Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

"Operativ24.az" xəbər verir ki, Azay Quliyev qonağı salamlayaraq bildirib ki, Azərbaycan İsraillə  münasibətlərin inkişafına xüsusi önəm verir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Qeyd edilib ki, Azərbaycanda hər zaman bir çox xalqların nümayəndələri birlikdə sülh şəraitində yaşayıb. Ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar var. 

Deputat Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib, burada Sinaqoqların fəaliyyət göstərdiyini söyləyib.
Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açan millət vəkili  iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin olduğunu qeyd edib.  Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb. 
Söhbət zamanı Milli Məclisdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Qeyd edilib ki,  gələcəkdə deputatlarımızın qarşılı səfərləri və görüşlərin keçirilməsi iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

İsrailin Azərbaycandakı səfiri Corc Dik səmimi qəbula görə təşəkkürünü ifadə edib, dövlətlərimiz və xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu, iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini söyləyib. Diplomat Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu deyib. Azərbaycanlılarla yəhudilərin hər zaman mehriban yaşadığını və bunun dostluq və qardaşlığın təzahürü olduğunu qeyd edib.
Səfir iqtisadi, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafından,  bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıqdan, su ehtiyatlarının səmərəli istifadə olunmasından bəhs edib. 
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi, işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işləri,  yaralı əsgərlərimizin müalicəsi ilə bağlı İsrail dövlətinin dəstəyi və digər məsələlər barədə danışılıb.










Starxeber Bizi instagramda izləyin