10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 23.02.2021 373

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

"Operativ24.az"
xəbər verir ki, onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinə son iki ildə təyin olunan direktorlar iştirak ediblər.

Görüşdə Mehriban Vəliyeva məktəb direktorlarına təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu bildirib, qarşıda duran vəzifələr barədə məlumat verib.

BŞTİ müdiri“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədinin ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, idarəetmənin qabaqcıl təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun qurulmasından ibarət olduğunu diqqətə çatdırıb. İdarə müdiri təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsinin məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılı olduğunu bildirərək onları yenilikçi olmağa, daim araşdırmalar aparmağa səsləyib.

Daha sonra məktəb direktorları çıxış edərək rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti və görülən işlər barədə məlumat verib, müvafiq təkliflər və onları maraqlandıran suallar səsləndiriblər.
Görüşdə IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin elektron yerdəyişməsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün formalaşdırılması, rəqəmsal bacarıqlar, STEAM layihəsi, texnologiya dərslərinin təşkili, peşə təmayüllü siniflər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

BŞTİ-nin sektor müdirləri və Təlimə Dəstək Mərkəzinin direktoru tərəfindən məktəb rəhbərlərinə tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, informasiya mübadiləsi və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.






Starxeber Bizi instagramda izləyin