10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 22.02.2021 771

Milli Məclisin deputatı, Regional məsələlər və Gənclər və idman komitələrinin üzvü Cavid Osmanov Operativ24.az saytına müsahibə verib.


-İşğaldan azad edilmiş torpaqlarda dəmiryolu xəttinin çəkilməsi böyük infrastruktur layihəsinin başlanğıcıdır.

"Bildiyiniz kimi, ötən ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi, tarixi zəfər ilə başa çatdı. Heç şübhəsiz ki, bu tarixi və şanlı qələbənin müəllifi müzəffər Ali Baş Komandan, möhtərəm Cənab Prezidentimiz İlham Əliyevdir. Çünki onun son 17 ildə həyata keçirdiyi tədbirlər Azərbaycan iqtisadiyyatının dirçəldilməsi, dayanıqlı vəziyyətə gətirilməsi və bu baxımdan bütün sahələrin inkişafı, o cümlədən ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər məhz Azərbaycan ordusunun müasir texnologiyalara yiyələnməsi və onların peşəkarlığının yüksəldilməsi, eləcə də onlara vətənpərvər ruhun aşılanması, döyüş meydanında təkcə Ermənistan dövlətini deyil, həm də dünya erməni faşizminə qalib gəlməyimizə gətirib çıxatdı.
Eyni zamanda təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə, həmçinin informasiya müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu şanlı qələbəyə öz böyük töhfəsini verdi. Əlbəttə, artıq post müharibə dövrünə biz qədəm qoymuşuq. Noyabr ayında üçtərəfli imzalanan bəyanatda Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri ermənistanın kapitulyasiyasının elan olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatdı. Artıq Azərbaycan qarşıda böyük hədəflər müəyyən etmişdir. Bildiyimiz kimi, ilk növbədə mən bir məsələni xatırlatmaq istəyirəm ki, Cənab Prezidetimiz 2003-ci ildə ilk dəfə Prezident seçkilərindən sonra qarşıda qoyduğu hədəf daha güclü və qüdrətli Azərbaycan qurmaq hədəfini ortaya qoymuşdur. Azərbaycanın ərazi bütövlüyünü də təmin etdikdən sonra əlbəttə ki, daha güclü, daha qüdrətli Azərbaycan qurulmasını biz görürük. 
Müharibədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti, o cümlədən, ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva ilə birgə düşmən tapdağından azad olunmuş ərazilərimizə səfər edilməsi və səfər çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi, xüsusən də avtomobil yolunun inşa olunması, o cümlədən, dəmir yolu xəttinin təməlinin qoyulması, bütün bunlar Azərbaycanın gücünü, qüdrətini göstərir.
Cənab Prezidentimiz bu son səfər çərçivəsində də təməlqoyma mərasimlərində iştirak etməklə yanaşı, həm də gələcək perspektivlərdən və bu bölgədə bərpası və yenidən qurulması planlarından da geniş söhbət açdı və qeyd etdi ki, bu ərazilər cənab Prezidentimizin rəhbərliyi ilə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Çünki burada ilk öncə mərhələli şəkildə qeyd etdi ki, ilk növbədə təhlükəsizlik məsələləri yəni minalardan təmizlənmə, o cümlədən orada hələ də dağıdılmış erməni ordusunun dəstələri xüsusi əməliyyatlar keçirərək məhv edildi.
Təhlükəsizlik məsələlərindən sonra qiymətləndirmə məsələsi, o cümlədən həmin ərazilərin yenidən qurulması və bərpası həyata keçiriləcəkdir. Artıq infrastruktur layihələri başlanıbdır. Qeyd etdiyimiz kimi, dəmiryol xəttinin çəkilməsi, avtomobil yolu xəttinin çəkilməsi, hava limanının təməlinin qoyulması, işıqlandırma məsələləri, bütün bunlar əlbəttə burada Azərbaycan dövlətinin gücü və qüdrəti kifayət qədərdir və işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası istiqamətndə çox ciddi işlər görülür. 
Bildiyimiz kimi, bununla bağlı cənab prezidentimizin sərəncamına əsasən qərargah da yaradılıb. Prezident Adminstrasiyasının rəhbəri ümumilikdə bu qərargaha rəhbərlik edir və bu ərazilərin bərpası və yenidən qurulması bütövlükdə vahid plan üzrə həyata keçirilir. Burada eyni zamanda infrastruktur layihələri ilə bərabər olaraq cənab prezident də qeyd elədi ki, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrini də həyata keçirilməsinə başlanacaqdır. Bu Azərbaycanın gücü və qüdrəti ilə yanaşı, eyni zamanda ölkəmizin müasir dünyaya öz töhfəsini verməsi kimi də qiymətləndirmək olar. Biz bilirik ki, “ağıllı kənd” və “ağıllı şəhərlərdə” bütün xidmət növləri yaradılır ki, insanlar o kənddən başqa bir yerə üz tutmadan bütün xidmətlərdən istifadə etsinlər. 
Məşğulluq burada tam təmin olunur. İnsanlar iş yerləri ilə təmin olunur, o cümlədən də bir sıra xidmətlər də var ki, “ağıllı kənd və şəhər” layihələrinin tərkib hissəsində olur. Bununla da həm insanların rahatlığı təmin olunur, həm də onların müasir texnologiyadan istifadəsi mümkün olur. 

Cənab Ali Baş Komandanın rəhbərliyi ilə hər birimiz əminik ki, yaxın gələcəkdə oradan 30 ilə yaxındır ki, köçkün düşmüş insanlarımız həmin bölgələrə qayıdacaqlar. Bu istiqamətdə bütün addımlar atılır və atılacaqdır."

Cavid Osmanov Milli Məclisin deputatı 


Operativ24.az






Starxeber Bizi instagramda izləyin