17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 22.02.2021 530

Fevralın 22-də Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Əfqanıstan İslam Respublikası Milli Assambleyasının deputatları arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında görüş keçirilib.

"Operativ24.az" xəbər verir ki, Milli Məclisin Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı qarşı tərəfi salamlayaraq Ermənistanın təcavüzünə uğrayan ölkəmizin suverenliyini və ərazi bütövlüyünü həmişə müdafiə edən Əfqanıstanın 44 günlük Vətən Müharibəsində də Azərbaycanın haqq işini qətiyyətlə dəstəklədiyinə görə təşəkkür edib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətinin ən qəddar səhifəsi olan Xocalı soyqırımının 29-cu ildönümünü ərəfəsində olduğumuzu qeyd edən Musa Qasımlı faciə haqqında ətraflı məlumat verib. Xocalıda erməni hərbçiləri tərəfindən ağlasığmaz vəhşiliklərin həyata keçirildiyini deyib. Hərbi və bəşəri cinayətlərlə müşayiət olunan bu qətliamı törədənlərin beynəlxalq hüquq qarşısında cavab verməsinin vacib olduğunu vurğulayıb.

Videokonfransda Əfqanıstan parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Ətiqulla Ramin Azərbaycan və Əfqanıstan arasında yüksək səviyyəli siyasi münasibətlərə diqqət çəkərək parlamentlərarası əlaqələrdən də bəhrələnməyin əhəmiyyətinə toxunub.
Ermənistanın məğlubiyyəti ilə nəticələnən Vətən Müharibəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı təbrik edən Ətiqulla Ramin Azərbaycan xalqı kimi əfqan xalqının da terror və müharibədən əziyyət çəkdiyini qeyd edərək Əfqanıstanda sülhün və əmin-amanlığın bərqərar olmasında Azərbaycanın dəstəyinin əhəmiyyətinə toxunub.

Videokonfranda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Elman Məmmədov və Azər Badamov Ermənistanın beynəlxalq hüquqa və müharibə qaydalarına zidd olaraq dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı barədə danışıblar. Əfqanıstanlı deputatlar - Gül Əhməd Kamin, Hamiduddin Yoldaş, Helmand Helmand və Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun parlaq qələbəsinə sevindiklərini bildiriblər. Onlar münasibətlərimizin bir sıra tarixi məqamlarından, gələcək perspektivlərindən və bu işdə parlamentlərin üzərinə düşən vəzifələrdən bəhs ediblər.
Görüşdə Azərbaycanın Kabildə səfirliyinin açılmasının ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.








Starxeber Bizi instagramda izləyin