22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 22.02.2021 991

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə qarğıdalı əkinlərinin sığortalanması şərtləri açıqlanıb.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Operativ24.az Aqrar Sığorta Fondundan verilən məlumata istinadən xəbər verir ki, fermerlər və iş adamları 2021-ci ildə qarğıdalı sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. 
Azərbaycanda qarğıdalı əkinlərini iki növ sığorta etmək olar – qarğıdalının dənlik hissəsini (qarğıdalı dənlik) və heyvan yemi kimi istifadə olunan gövdəsini (qarğıdalı silos).
Qarğıdalı sahələrinin sığortalanması zamanı qarğıdalının məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün qağıdalının 1 hektar sahə üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Bu normalar həm qarğıdalı dənlik, həm də qarğıdalı silos-a aiddir.
Belə ki, bir hektardan məhsuldarlıq norması dənlik qarğıdalı üçün 2-200 sentner arasında, qiymət isə 40-55 manat/sentner arasında müəyyən edilib.
Qarğıdalı silos üçün isə məhsuldarlıq norması bir hektardan 135-2500 sentner arasında, qiymət isə 3-5 manat/sentner arasında müəyyən edilib.

Dən məqsədilə yetişdirilənMəhsuldarlıq (Sentner/ha)Qiymət
(AZN/ Sentner)
Minimum240
Maksimum20055

Qarğıdalı əkinləri üçün bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
Yemlik (silos)Məhsuldarlıq (Sentner/ha)Qiymət
(AZN/ Sentner)
Minimum1353
Maksimum25005

Qarğıdalı sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:
Misal: Şəkidə əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 20 sentner, 1 sentner məhsulun bazar qiyməti 50 manat olduqda
Sığorta məbləği = 4 x 20 x 50 = 4000 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində qarğıdalı bitkisinin sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi – dənlik və silos məqsədilə yetişdirilən qarğıdalı bitkisinin sığortası üçün əksər riskləri əhatə edən «baza zərfi», 2-cisi isə əlavə riskləri əhatə edən sığorta zərfidir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.   
1-ci sığorta zərfi
Birinci, «baza zərfi»ndə azadolma məbləği 10%-dir. Bu zərf qarğıdalı bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. 
1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:
  • dolu;
  • yanğın;
  • zəlzələ;
  • torpaq sürüşməsi;
  • qasırğa;
  • fırtına;
  • üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat
2-ci sığorta zərfi
İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir.
Bu zərf qarğıdalı bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər:
  • bitki xəstəlikləri və zərərvericilər;
  • xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
Hansı sığorta zərfinin seçilməsi fermerin və ya qarğıdalı sahəsinin  sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci zərfi də əlavə edə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci sığorta zərfi seçilə bilməz. 
Qarğıdalı sahəsniin sığortalanması üçün tariflər və sığorta haqları
Qarğıdalı bitkisinin sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları qarğıdalının məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.
Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
İqtisadi rayonlar· dolu;
· yanğın;
· zəlzələ;
· torpaq sürüşməsi;
· qasırğa;
· fırtına;
· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat
· bitki xəstəlikləri və zərərvericilər;
 
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
 Yemlik (silos)Dən məqsədilə yetişdirilən 
Azadolma10 %30%
Gəncə-Qazax1,55%3,10%2,00%
Aran0,60%1,20%2,00%
Quba-Xaçmaz0,89%1,78%2,00%
Şəki-Zaqatala1,03%2,06%2,00%
Dağlıq Şirvan0,72%1,44%2,00%
Lənkəran0,60%1,20%2,00%
Abşeron0,60%1,20%2,00%
Yuxarı Qarabağ0,63%1,26%2,00%
 
Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.
 
Ayrı-ayrı bölgələrdə qarğıdalı sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:
 
Misal 1: Şəkidə əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 20 sentner, 1 sentner məhsulun bazar qiyməti 50 manat olduqda
Sığorta haqqı = 4 000 manat X 1,03% = 41,2 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
 
Nəticədə qarğıdalı sahəsində ümumi dəyəri 4 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 20,60 manat və ya hər hektara cəmi 5,15 manat ödəyir.
 
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
 
Fermerlərə sığorta haqqı güzəştləri
Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.
Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir.
Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.
Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
 
Qarğıdalı əkini sahələrinin sığortalanması üçün müraciətlər başlayıb 
Aqrar Sığorta Fondundan verilən məlumata görə, qarğıdalı əkini sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.
Fermerlər və iş adamları qarğıdalı sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu iyunun 7-dək davam edəcək.
İyunun 7-dək edilən müraciətlərdə qarğıdalı əkini sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. İyunun 7-dən iyulun 7-dək olan dövrdə edilən müraciətlər zamanı isə qarğıdalı əkini sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.






Starxeber Bizi instagramda izləyin